"Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram"
Digərləri 15 Mar 2023 11:57:00 283 0
Dünən Bakı Şəhəri Kənar Dairəvi yolda sürət həddini aşaraq manevretmə qaydasını kobud şəkildə pozan və bir nəfərin ölümünə səbəb olan sürücü qəzadan danışıb.
Bu xəbəri də oxu: Üç ölkə Gürcüstan rəsmiləri üçün vizasız gedişgəlişi ləğv edəcək
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, həmin qəzanı törədən "KİA"markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Seyidov Namiq Mirqasım oğlu DYP əməkdaşları ilə söhbət zamanı sükan arxasında məsuliyyətsizlik etdiyini, tələsdiyi üçün kobud şəkildə manevretmə qaydasını pozduğunu etiraf edib:
"İşə çox vaxt həmin yolla gedirəm və həmin yolda radarların yerini bilirəm. Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram. Nə yalan deyim? O yolda avtomobili 120 km/saatdan aşağı sürətlə idarə etmir demek olar heç kim. Sadəcə mənim ağılsızlığım orda oldu ki, yük maşınını sağdan keçdim. Keçməsəm düz yol ilə gedirdim".
Baş verən hadisədə təhlükəsizlik kəməri sayəsində sağ qaldığını vurğulayan sürücü sərnişin xanım da təhlükəsizlik kəmərini taxsaydı bəlkə heç nə olmazdı deyə vurğulayıb.
Qeyd edək ki, ölən şəxsin iki azyaşlı övladı var.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hərəkət iştirakçılarına Yol hərəkəti qaydalara ciddi əməl etmələri, yollarda təyin edilən sürət həddini aşmamaları, təhlükəli manevr hərəkətləri etməməyi və avtomobildə təhlükəsizlik kəmərindən istifadənin vacibliyi barədə dəfələrlə məlumatlar verilməsinə baxmayaraq bəzi sürücülər hələ də, kobud qayda pozuntuları törədərək ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar.
Bir daha bütün sürücüləri yollarda sürət həddinə riayət etməyə və təhlükəli manevrlər etməməyə çağırırıq. Unutmayaq ki, ağır yol nəqliyyat hadisələrinə səbəb olmağınız hüquqi məsuliyyətlə yanaşı bir ömür vicdan əzabı çəkməyinizə və peşmançılıq hissi yaşamağınıza səbəb olur. Belə peşmançılıqlar olmasın deyə vaxtında qaydalara əməl etmək vacibdir.
Dünən səhər saatlarında Yasamalda - Bakı dairəvi avtomobil yolunda baş v
Rusiya orbitindən sürətlə uzaqlaşan Ermənistan elə həmin templə də Qə
Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.
Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutul
VTB (Azərbaycan) uşaq və qocalar evlərinin sakinləri üçün "Nəsill�
Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita
Müsəlmanlara qarşı şifahi və fiziki təhdidlər ifadə olunur.
Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi üzrə apa
Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın Vaşinqton səfəri çərçivə
Din adamlarının islamofobiyaya qarşı öz səslərini yüksəltməsi olduqca
Çində 2014-cü ildə avtomobil qəzasında öldüyü və yandırıldığı gü
İslamofobiyanın siyasiləşdirilməsi məsələsinə toxunmalıyıq.
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından
Cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır.