Din adamları islamofobiyaya qarşı öz səslərini yüksəltməlidirlər
Siyasət 15 Mar 2023 10:08:00 317 0
Din adamlarının islamofobiyaya qarşı öz səslərini yüksəltməsi olduqca vacibdir.
Bu xəbəri də oxu: İlham Əliyev kubalı həmkarını təbrik edib
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, qarşımızda duran əsas çağırış din liderləri bu məsələyə cəlb etməkdir.
"Onlar bu baxımdan liderlik xüsusiyyətlərini sərgiləməlidir. Qütbləşmə azaldılmalıdır. Dostluq və təhsil yolu ilə biz buna töhfə verə bilərik",- deyə o əlavə edib.
Xatırladaq ki, Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Son.az
Çində 2014-cü ildə avtomobil qəzasında öldüyü və yandırıldığı gü
İslamofobiyanın siyasiləşdirilməsi məsələsinə toxunmalıyıq.
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından
Cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır.
İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq. Biz birlikdə İslam
Bakıda avtobusların birində iki sərnişin arasında mübahisə dava ilə nə
Aktrisa Lindsi Lohan ilk dəfə ana olacağını açıqlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlər
Türkiyəli aktyor Haluk Bilginer xəstəxanadan evə buraxılıb.
Müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Fransa dünyada soyqırım cinayətlərini yayan irqçiliyi dövlət siyasətin�
Rusiyanın Su-27 qırıcısının ABŞ-ın kəşfiyyatçı "İHA MQ-9 Reape