Prezident “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub FOTO


Siyasət 04 Fev 2025 14:00:00 43 0

Prezident “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına "Vətən" İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına liseydə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, "Vətən" İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.

Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseydə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Təhsil ocağının idman korpusunda isə universal zal (basketbol, voleybol, gimnastika, qılıncoynatma və s.) və güləş zalı əsaslı təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.

Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsaslı təmir olunub. Buradakı yeməkxana 220 nəfər üçün nəzərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da ən müasir avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, yenilənən təhsil müəssisəsində tədris V-XI siniflər üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur.

Burada bölgələrdən gələn və peşəkar idmanla məşğul olan şagirdlərin yataqxana ilə təmin edilməsi də nəzərdə tutulur. Liseydə həmin idmançıların günlük yemək normalarına uyğun qidalanması da təmin ediləcək.

Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.

"Vətən" İdman Liseyində görülən işlər və yaradılan şərait də bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Paytaxtda və bölgələrdə yeni məktəblərin inşası, əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

Liseydə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və idmanın inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil və idman sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.

Mobil tətbiqlər reklam daşıyıcısı hesab ediləcək like
  • 04 Fev 13:56  
Digərləri Mobil tətbiqlər reklam daşıyıcısı hesab ediləcək

Reklam daşıyıcılarının əhatə dairəsi genişləndirilir.

arrow Ətraflı
Putin Osvensim anımına niyə dəvət olunmadı?  Politoloqdan AÇIQLAMA like
  • 04 Fev 13:53  
Digərləri Putin Osvensim anımına niyə dəvət olunmadı? Politoloqdan AÇIQLAMA

"Hitlerin 1.5 milyondan çox insanı, əsasən də yəhudiləri məhv etdiy

arrow Ətraflı
İnsult keçirən xalq artistinin vəziyyəti necədir? like
  • 04 Fev 13:44  
Şou-biznes İnsult keçirən xalq artistinin vəziyyəti necədir?

Xalq artisti Fatma Mahmudovanın səhhəti normallaşıb.

arrow Ətraflı
Bu vəzifə Rufik İsmayılova həvalə edildi like
  • 04 Fev 13:40  
Digərləri Bu vəzifə Rufik İsmayılova həvalə edildi

Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzində ictimai

arrow Ətraflı
Rusiya Ukrayna ilə bağlı danışıqların şərtlərini açıqladı like
  • 04 Fev 13:36  
Dünya Rusiya Ukrayna ilə bağlı danışıqların şərtlərini açıqladı

Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il

arrow Ətraflı
Rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir like
  • 04 Fev 13:32  
Digərləri Rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir

"Reklam haqqında" qanun Azərbaycan Respublikasının ərazisində ol

arrow Ətraflı
Trampın oğlu cəzalandırıla bilər like
  • 04 Fev 13:27  
Dünya Trampın oğlu cəzalandırıla bilər

Yeni ABŞ prezidenti Donald Trampın oğlu İtaliyanın şimalındakı Venesiya

arrow Ətraflı
80 minə görə alnına döymə etdirib bu sözü yazdırdı like
  • 04 Fev 13:19  
Şou-biznes 80 minə görə alnına döymə etdirib bu sözü yazdırdı

Türkiyəli fenomen Orkun Işıtmakın təqdim etdiyi "Açık Eksiltme&quo

arrow Ətraflı
Rusiyanın keçmiş generalı müharibədə həlak oldu like
  • 04 Fev 13:13  
Digərləri Rusiyanın keçmiş generalı müharibədə həlak oldu

Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Komandanlığının keçmiş Baş Q�

arrow Ətraflı
Bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq  XƏBƏRDARLIQ like
  • 04 Fev 13:06  
Digərləri Bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və

arrow Ətraflı
2030cu ildə milyonlarla insan xərçəngdən öləcək  Dəhşətli statistika like
  • 04 Fev 13:00  
Digərləri 2030cu ildə milyonlarla insan xərçəngdən öləcək Dəhşətli statistika

Xərçəng bütün dünyada və ölkəmizdə ciddi sağlamlıq problemi olaraq q

arrow Ətraflı
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək like
  • 04 Fev 12:50  
Digərləri Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

Azərbaycan rayonlarında axşam ayrı-ayrı yerlərdə yağış intensivləşə

arrow Ətraflı
İpoteka krediti götürmək istəyənlərin NƏZƏRİNƏ! like
  • 04 Fev 12:49  
Digərləri İpoteka krediti götürmək istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən

arrow Ətraflı
Həkimlərin televiziyada reklamına qadağa qoyulacaq? like
  • 04 Fev 12:43  
Digərləri Həkimlərin televiziyada reklamına qadağa qoyulacaq?

Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif olunub.

arrow Ətraflı
"Bizim aramızda yalnız bir problem var  Cabbar Musayev" like
  • 04 Fev 12:38  
Şou-biznes "Bizim aramızda yalnız bir problem var Cabbar Musayev"

Müğənni Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə aralarındak�

arrow Ətraflı