Aygün Attar erməniəsilli siyasətçini sərt tənqid etdi
Siyasət 01 Fev 2025 23:56:00 91 0
"Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il Ermənistana Azərbaycana qarşı addım atarkən düz 30 dəfə düşünməyi öyrədib".
Bu xəbəri də oxu: NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir?
Son.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar erməniəsilli siyasətçi, Xalqların Demokratik Partiyasından (HDP) olan keçmiş millət vəkili Qaro Paylanın Azərbaycanla bağlı səsləndirdiyi iddialara cavabında deyib.
""Aqos" qəzetində köşə yazarı olan Qaro sonra millət vəkili seçilib. Hazırda bizim məvacibimizdən tutulan vergilər hesabına rahat yaşayır. Amma dinc durmur. Türkiyə Böyük Millət Məclisinin üzvü olanda həm daxildə, həm də xaricdə Türkiyə və türklük əleyhinə çalışıb. Böyüdüyü, suyunu içib və çörəyini yediyi ölkənin yox, başqalarının səsi olub. Fəal diaspor fəaliyyətinə görə, Xocalıda əli qana bulaşmış Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən qızıl medalla mükafatlandırılıb", - o bildirib.
A.Attar bildirib ki, Q.Paylanın son açıqlaması məntiqsizdir: "Yəni, Ermənistan silahlanacaq, Azərbaycan da oturub özünə dost olmayan ölkənin güclənməsi üçün gözləyəcək? Elə bilirsiniz ki, Ermənistan normallaşma adı altında Azərbaycan və Türkiyəyə qarşı qurulan oyunların fərqində deyilik? Azərbaycan milləti və dövləti sizin niyyətinizi bilir. Allah düşmənin də mərd olanını qismət eləsin. Azərbaycan qarşısındakı düşmənin mərd olmadığını bilsə də, həm hərb meydanında, həm də diplomatik müstəvidə mərdcə davranıb. Bu ritorika özü ilə Qarabağ zəfərini gətirib. Dediyim odur ki, özünə gəl, Qaro Paylan!".
Qeyd edək ki, erməniəsilli siyasətçi son açıqlamasında Ermənistanın bir tərəfdən Azərbaycanla normallaşma adı ilə vaxt qazandığını, digər tərəfdənsə Fransa və ABŞ-dan silah aldığını deyib. Son.az
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bir çox insanlar kremli və yumuşaq kartof püresi sevir, lakin hər kəs onla
"Ölümcül qüvvə" serialının aktyoru Viktor Semenovski vəfat edi
Çörək istehsal edən digər tanınmış şirkətlərdən biri də yeni çeşi
Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Respublikası Minatəmizləmə Agentl
Soyuq havanın gəlməsi ilə kəskin respirator infeksiyaların sayı artır. B
Sosial şəbəkə asılılığı günümüzdə böyük-kiçik demədən demək o
Müğənni Xatirə İslam ad günündə aldığı gül dəstələrini nümayiş
Rusiyada məhkəmə "Rosnano" şirkətinin keçmiş icraçı direktor
"Qadın xoşbəxtliyi nədir bilmirəm. Mənim üçün xoşbəxtlik odur ki
Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçl�
Sudanda Çevik Dəstək Qüvvələrinin Omdurman şəhərində bazara endirdiyi
Xalq artisti Gülyaz Məmmədova keçmiş həyat yoldaşından danışıb.
Quba rayonunun II Nügədi kəndi ərazisində yeni quraşdırılan meteoroloji