XİN Fransa nazirinin iddialarına cavab verib
Siyasət 30 Yan 2025 19:54:00 91 0
"Biz təəssüf edirik ki, yanvarın 29-da Senatda müzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib".
Bu xəbəri də oxu: Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə fəallığı səngimək bilmir
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro tərəfindən Azərbaycanın Fransanın dənizaşırı ərazilərində müdaxilə ilə bağlı Fransa Senatında səsləndirdiyi iddialara dair şərhində deyilir.
Fransanın xarici işlər naziri Jan Noel Baronun Azərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdi olduğu bir daha diqqətə çatdırılıb:
"Məhz Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb.
Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır.
Yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş etdirir.
Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.
Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik".
ABŞ hökuməti çərşənbə günü təxminən 600 min venesuelalı miqrant ü�
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmi
Çeçenistan rəhbəri Ramzan Kadırovun bibisi oğlu Şaxruddi Edilgiriev Dubay
Müəllim və şagird arasındakı münasibətlər təhsilin keyfiyyətinə birb
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını h�
Şəkər xəstəliyinin bəzi erkən əlamətləri var ki, bunları üz dərisin
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cəzaların İcrası Məc
Dünən Okhatan Neo qrupunun üzvləri "Şah İsmayılın həyatı" ad
Ulduz falı sizə "düşmən" adlandırıla biləcək qədər fərqli
Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır.
İndiyə qədər Şimali Amerika və Avropanı ayrı qitələr kimi qəbul edird
"Son vaxtlar Çinin texnoloji uğurlarına dair xəbərlər intensivləşib
ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyalı senator və milyarder Süleyman
Hazır limonun qabığı əslində çox dəyərli bir təbii resursdur və müxt
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahi