Prezident bəzi qanunlarda dəyişiklik edilməsi ilə bağlı Qanun imzaladı
Siyasət 30 Yan 2025 19:24:00 128 0
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
Bu xəbəri də oxu: Vuçiç Ceyhun Bayramovu “Serbiya Bayrağı” ordeni ilə təltif etdi FOTO
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qanuna əsasən, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 166.8-ci maddəsində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 80.2-ci və 80.3-cü maddələrdə "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin;
2.2. 14-cü fəslin adında "QANUNSUZ MİQRANTLARIN SAXLANILMASI" sözləri "MÜVƏQQƏTİ YERLƏŞDİRMƏ" sözləri ilə əvəz edilsin;
2.3. 82-ci maddə üzrə:
2.3.1. adında "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin;
2.3.2. 82.1-ci maddədə "qanunsuz miqrantların saxlanılması" sözləri "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.
"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin beşinci hissəsində və 11-ci maddəsinin birinci hissəsinin altıncı abzasında "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 23-1-ci maddəsinin üçüncü hissəsində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.
"Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 7.1.8-ci maddəsində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı bəzi fərmanlarda və Sərəncamda dəyişiklik edilməsi barədə bağlı Fərman imzalayıb.
Ulduz falı sizə "düşmən" adlandırıla biləcək qədər fərqli

Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır.

İndiyə qədər Şimali Amerika və Avropanı ayrı qitələr kimi qəbul edird

"Son vaxtlar Çinin texnoloji uğurlarına dair xəbərlər intensivləşib

ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyalı senator və milyarder Süleyman

Hazır limonun qabığı əslində çox dəyərli bir təbii resursdur və müxt

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahi

Bürcünüz üçün ideal görüşün necə olması lazım olduğunu öyrənməy

Ambassador Cultural Club mədəniyyət mərkəzində "Macarıstan Azərbayc

Son zamanlar kiberdələduzlar ələ keçirdikləri "Telegram" hesabla

Səhiyyə Nazirliyi tərəfindən plastik cərrahlara verilən müddət sabah ba

Kartalkaya'da baş verən yanğınla bağlı həbs edilən aşpaz Faysal Yav

Moskva vilayətinin Voskresensk şəhərində 12 yaşlı qız ard-arda dörd ele

Elm və Təhsil Nazirliyi Milli Məclisdə müzakirə edilən doktorantura təhs

11 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədə
