Maskın şirkətində Süleyman Kərimovun da payı var imiş
Dünya 30 Yan 2025 18:52:00 70 0
ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyalı senator və milyarder Süleyman Kərimov İlon Maskın SpeysX şirkətində paya malikdir və öz səhmlərini müvəkkil etdiyi fond (trust)vasitəsilə idarə edir.
Bu xəbəri də oxu: İlon Mask Nobel sülh mükafatına namizəd oldu
Son.az anyus.az-a istinadla xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Məlumata görə, Kərimov 2017-ci ildə yaradılan və Delaver ştatında yerləşən "Heritage Trust" vasitəsilə SpeysX-in səhmlərinə sahib olub.
Blumberq iki keçmiş yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə istinadən bildirib ki, trast əvvəlcə SpeysX-in təxminən 1%-nə sahib olub.
ABŞ hökuməti 2018-ci ilin aprelində Süleyman Kərimovun adını sanksiya siyahısına daxil edib.
O, Oliq Deripaska, Viktor Vekselberq və digər rusiyalı milyarderlərlə birlikdə sanksiyalara məruz qalıb.
"Heritage Trust"ın idarə olunmasını həyata keçirən Citigroup şirkəti bu məsələ ilə bağlı ABŞ Maliyyə Nazirliyinə müraciət edib, trasta və ona bağlı qurumlara məhdudiyyət qoyulmasına ehtiyac olmadığını bildirib.
Lakin 2022-ci il iyunun sonunda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Heritage Trust-ın aktivlərini dondurub. O zaman bu aktivlərin ümumi dəyəri 1 milyard dollar olub.
"Blumberq"in iki mənbəsinə görə, həmin dövrə qədər Kərimov SpeysX-dəki payını artıq satıb.
Citigroup nümayəndəsi bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
SpeysX, İlon Mask və Süleyman Kərimov isə "Blumberq"in sorğularına cavab verməyib.
Hazırda 58 yaşlı Süleyman Kərimov, "Blumberq"in milyarderlər indeksinə əsasən, Rusiyanın ən varlı iş adamları siyahısında 17-ci yerdə qərarlaşıb.
Ümumi dünya sıralamasında isə 282-ci yerdədir və sərvəti təxminən 9,9 milyard dollar dəyərindədir. O, 2018-ci ildən ABŞ sanksiyalarına düşüb. Daha sonra Avropa Birliyi də ona qarşı sanksiyalar tətbiq edib.
Hazır limonun qabığı əslində çox dəyərli bir təbii resursdur və müxt
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahi
Bürcünüz üçün ideal görüşün necə olması lazım olduğunu öyrənməy
Ambassador Cultural Club mədəniyyət mərkəzində "Macarıstan Azərbayc
Son zamanlar kiberdələduzlar ələ keçirdikləri "Telegram" hesabla
Səhiyyə Nazirliyi tərəfindən plastik cərrahlara verilən müddət sabah ba
Kartalkaya'da baş verən yanğınla bağlı həbs edilən aşpaz Faysal Yav
Moskva vilayətinin Voskresensk şəhərində 12 yaşlı qız ard-arda dörd ele
Elm və Təhsil Nazirliyi Milli Məclisdə müzakirə edilən doktorantura təhs
11 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədə
Astrologiya uzun illərdir ki, insanların xarakter xüsusiyyətlərini anlamaqd
"Anamın vəziyyəti yaxşı deyil. Ürəyi ona imkan vermir".
Fevralın 15-dən etibarən ölkənin su təchizatı infrastrukturunun təkmill�
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə təqsirli bilinən əsas fiqu
Tbilisi Brüssel bürokratiyasına sərt zərbə vurdu. Ölkənin daxili işlər