143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir
Digərləri 30 Yan 2025 17:19:00 67 0
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə təqsirli bilinən əsas fiqurlar - general Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəisləri hökmdən narazıdırlar.
Bu xəbəri də oxu: Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Son.az xəbər verir ki, 11 il yarıma kimi həbsə məhkum edilmiş zabitlər hər biri apellyasiya şikayəti veriblər.
Onlar dövlətə dəymiş ziyanın xeyli hissəsinin ödənilməsini nəzərə alaraq cəzalarının yüngülləşdirilməsini istəyirlər.
Artıq Bakı Apellyasiya Məhkəməsi şikayətləri icraata götürüb. İlk baxış iclası fevralın 3-nə təyin edilib.
Qeyd edək ki, bu cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub./"qafqazinfo"
Tbilisi Brüssel bürokratiyasına sərt zərbə vurdu. Ölkənin daxili işlər
Məşhur qəlyanaltı brendi "Lay's" istehsal etdiyi kartof çipsl
Kürdəmirdə valideynlərin övladlarını odun sobası ilə qızdırılan mək
Ermənistanın baş naziri Nikol Paşinyan "1950-ci ildə necə oldusa, &qu
Krasnoyarsk-Bakı təyyarəsi uçuş-enmə zolağında dayanıb.
Məşhur aktrisa Berna Laçın qalmaqallı menecer Ayşe Barımın həbsindən s
Naxçıvan Dövlət Universitetinə yeni mətbuat katibi təyin edilib.
Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşduğu ərazi
"XUruguay" mağazalar şəbəkəsi (Uruqvay) təsadüfən dünyanın �
"Honda" və "Nissan" avtomobil satışlarının azalması fo
Azərbaycanda bankların kredit portfelinin artımı ötən ilin dekabr ayında
Qış və təbii qazın isitmə üçün istifadə olunması ilə xərclərin art
ABŞ Prezidenti Donald Trampın "doğumla vətəndaşlıq" haqqında t
Xəbər verdiyimiz kimi, ABŞ-də Reyqan Vaşinqton Milli Hava Limanına eniş