Paşinyanın qondarma "soyqırım"la bağlı bəyanatı Ermənistanı qarışdırdı
Dünya 30 Yan 2025 16:45:00 91 0
Ermənistanın baş naziri Nikol Paşinyan "1950-ci ildə necə oldusa, "erməni soyqırımı" məsələsi gündəmə gəldi" sözləri ilə sərt tənqidlərə məruz qalıb. Onun bu açıqlamaları ölkədə siyasi qruplar və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən kəskin etirazlarla qarşılanıb.
Bu xəbəri də oxu: Mirzoyan: İrəvan buna hazırdır
Son.az "Hürriyet"ə istinadən xəbər verir ki, Paşinyan 24 yanvarda İsveçrənin Sürix şəhərində erməni icması nümayəndələri ilə görüşü zamanı bildirib ki, qondarma "erməni soyqırımı"nın əhəmiyyəti 1950-ci illərə qədər ermənilər tərəfindən tam dərk edilməmişdi.
O, çıxışında "1939-cu ildə "erməni soyqırımı" ilə bağlı bir gündəm yox idi. 1950-ci ildə isə bu mövzu necə oldusa, ortaya çıxdı. Bu, necə baş verdi?", deyə baş nazir qeyd edib.
Paşinyanın bu sözləri Ermənistan daxilində və xaricdəki erməni siyasi qrupları və vətəndaş cəmiyyəti təşkilatlarının sərt reaksiyasına səbəb olub. Onun bu açıqlamaları Ermənistanın xarici siyasət kursundan uzaqlaşmaq cəhdi kimi qiymətləndirilib.
Ermənistanın Eçmiədzin Kilsəsi də Paşinyanın fikirlərinə münasibət bildirərək, 24 aprel tarixinin rəsmi anım günü elan olunduğunu vurğulayıb. Kilsənin açıqlamasında qeyd olunub ki, 1967-ci ildə inşa edilən Tsitsernakaberd abidəsinin 2015-ci ildə müqəddəs elan edilməsi, baş verən hadisələrin tanınmasının rəmzidir.
Eçmiədzin Kilsəsi Paşinyanın açıqlamalarını "ziddiyyətli" adlandıraraq bildirib ki, qondarma "erməni soyqırımı" təkcə erməni xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir" və onun tanınmasının "tarixi bir zərurət" olduğunu qeyd edib.
Krasnoyarsk-Bakı təyyarəsi uçuş-enmə zolağında dayanıb.
Məşhur aktrisa Berna Laçın qalmaqallı menecer Ayşe Barımın həbsindən s
Naxçıvan Dövlət Universitetinə yeni mətbuat katibi təyin edilib.
Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşduğu ərazi
"XUruguay" mağazalar şəbəkəsi (Uruqvay) təsadüfən dünyanın �
"Honda" və "Nissan" avtomobil satışlarının azalması fo
Azərbaycanda bankların kredit portfelinin artımı ötən ilin dekabr ayında
Qış və təbii qazın isitmə üçün istifadə olunması ilə xərclərin art
ABŞ Prezidenti Donald Trampın "doğumla vətəndaşlıq" haqqında t
Xəbər verdiyimiz kimi, ABŞ-də Reyqan Vaşinqton Milli Hava Limanına eniş
Yanvarın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Suriyada özünü buraxaraq rəsmi hərbi strukturlar interqasiya edən silahlı
Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Prezident İlham Əliyev
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlə
Azərbaycanda informasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əl