“Təyyarənin işıqları gur yanırdı, helikopter onu niyə görməyib?”
Dünya 30 Yan 2025 14:28:00 94 0
ABŞ Prezidenti Donald Tramp bu gün səhər saatlarında Vaşinqtonda baş verən təyyarə qəzasından danışıb.
Bu xəbəri də oxu: Kadırovun bibisi oğlunun Dubayda lüks villaları aşkarlandı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, sərnişin təyyarəsi ilə toqquşan hərbi helikopterin ekipajı kursu dəyişməli idi, belə olan halda faciənin qarşısını almaq olardı:
"Təyyarə hava limanına doğru ideal, normal trayektoriya ilə gedirdi. Helikopter isə müəyyən müddət ərzində birbaşa təyyarəyə doğru hərəkət edib. Gecə aydın idi, təyyarənin işıqları gur yanırdı, helikopter niyə yüksəkliyə qalxmayıb, aşağı enməyib və yaxud istiqamətini dəyişməyib? Bu, qarşısını almaq mümkün olan pis hadisədir. Bu, pisdir".
Xatırladaq ki, hadisə Vaşinqtonda Reyqan adına aeroportda qeydə alınıb. Yerə enməyə çalışan sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub. Təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. "BNO News" portalının məlumatına görə, çaydan 19 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.
Türkiyənin məşhur sənətçisi Əmrah yalnız karyerası ilə deyil, həm d�
Sosial şəbəkələrdə yayılan video görənləri hiddətləndirib.
Xəbər verdiyimiz kimi, Finlandiya, Norveç, İsveç və Danimarka liderləri �
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Vaşinqton �
Şirniyyat yemə istəyimiz bağırsaqlardakı bakteriyalara görə imiş
Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir.
Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü il�
Kriminal dairələrdə "Şakro Molodoy" kimi tanınan Zaxar Kalaşov M
"Qurani-Kərim"i yandıran iraqlı mühacir Salvan Momika güllələn�
Müğənni Mətanət Əsədova "Tiktok" hesabından canlı yayım aça
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologi
Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində çox sayda fiqurlu k
Şimali Koreya lideri Kim Çen İn ölkənin nüvə strateji potensialını art�
Avropa İttifaqı səfirləri Brüsseldə dünən Aİ-nin Ermənistandakı Mülk