Həmin həkim barədə QƏRAR VERİLDİ
Kriminal 30 Yan 2025 13:56:00 62 0
Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.
Bu xəbəri də oxu: Polis əməliyyat keçirdi Saxlanılan var FOTO
Son.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Sənan Mehdiyev barəsində Nəsimi rayon Məhkəməsinin qərarına əsasən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.
Kriminal dairələrdə "Şakro Molodoy" kimi tanınan Zaxar Kalaşov M
"Qurani-Kərim"i yandıran iraqlı mühacir Salvan Momika güllələn�
Müğənni Mətanət Əsədova "Tiktok" hesabından canlı yayım aça
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologi
Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində çox sayda fiqurlu k
Şimali Koreya lideri Kim Çen İn ölkənin nüvə strateji potensialını art�
Avropa İttifaqı səfirləri Brüsseldə dünən Aİ-nin Ermənistandakı Mülk
Tibbi xidmətlərin çeşidinin artırılması ilə bağlı işlər gedir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Aparıcı Lalə Azərtaşın verilişdən yayılan videosu sosial şəbəkədə
Regionlar arasında ana ölümü ilə bağlı göstəricilər, regionlar arasın
1-2 fevral - həftəsonu bəzi bürclər üçün xüsusi enerjilərlə zəngindi
Diplomatik fəaliyyətini başa vuran Türkiyənin ölkəmizdəki səfiri Cahit