Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
Digərləri 30 Yan 2025 23:15:00 91 0
Böyük Britaniyada 200-dən çox şirkət 4 günlük iş rejiminə keçid edib. Fond rəsmiləri bu tənzimləmənin səmərəliliyi artırmaq və işçilərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıdığını bildiriblər.
Bu xəbəri də oxu: Tanınmış ekspert həbs edildi
Ölkəmizdə isə bu cəhətdən şərtlər bir az fərqlidir. Bizdə nəinki 5, hətta bir sıra müəssisələrdə 6 günlük iş həftəsi mövcuddur.
Bəs Azərbaycandakı müəssisələrin iş qrafikində hər hansısa yenilik, dəyişiklik gözlənilə bilərmi?
İnsan resursları üzrə mütəxəssis İlkin Mirzəzadə sözügedən ehtimalı müzakirə edib. Ekspert bildirib ki, hazırkı vəziyyətdə bu, mümkün deyil:
"Hazırda biz 4 günlük iş rejiminə bütün müəssisələrdə keçə bilmərik. Pilot olaraq bəzi dövlət qurumları və müəssisələr yavaş-yavaş buna keçə bilər. Amma burada bir şeyi nəzərə almaq lazımdır. İstehsalat müəssisələri, müəyyən sektorda fəaliyyət göstərən kafe, restoran, otel və digər şəbəkələri sözügedən rejimə tam şəkildə keçə bilməz. Həmin iş yerləri 6 günlük qrafiklə çalışdığı üçün nəinki 4, heç 5 günlük iş rejiminə keçid də mümkün görünmür".
İ.Mirzəzadə yalnız müstəqil fəaliyyət göstərən şirkət və qurumların belə bir dəyişikliyə gedə biləcəyini vurğulayıb:
"Hansı müəssisənin xaricdən gəlirləri varsa və bu məqam onlar üçün xüsusi bir əhəmiyyət kəsb etmirsə, onlar üçün həmin qrafik rahatlıqla uyğundur. Lakin elə iş yerləri də var ki, yerli müəssisələrdə çalışır və qrafik 5 günlükdür. Həmçinin, dövlət qurumları, eyni zamanda banklar da 5 günlük rejimdə fəaliyyət göstərir. 4 günlük iş həftəsinə keçid həmin qurumların səmərəliliyini azaldacaq. Alternativ olaraq, hibrid yanaşma təklif edilə bilər. İş qrafiki müəyyən dərəcədə təkminləşdirilə, hər bir işçi müəyyən vaxta gələ bilər. Yaxud iş qrafikinin saatında müəyyən dəyişikliklər oluna bilər. Gün ərzindəki iş saatlarını 1 saat azaltmaqla 35-ə salmaq olar. Bu da 4 günlük iş qrafikinə oxşar olacaqdır".\\yenisabah.az
Qızılın qiyməti 30 yanvar, cümə axşamı günü tarixi maksimuma yüksəl�
Sumqayıt şəhəri, Bakı küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud
2021-ci il iyulun 16-da Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü G.D
İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan çıxarılaraq x
Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, be
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı şəhərində və
2025-ci ilin fevral ayında bəzi bürclər üçün sevgi həyatında əhəmiyy�
Bakıda sərnişindaşımanı yaxşılaşdırmaq üçün elektrik mühərrikli 1
Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolu
Qarşıdakı illərdə bir sıra dəmiryol xətləri bərpa ediləcək.
Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək.
"Təəssüf ki, Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur&quo
Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejim