Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI
Siyasət 29 Yan 2025 16:43:00 76 0
Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığına malik dairələr məlum olub.
Bu xəbəri də oxu: İlham Əliyev Donald Trampa başsağlığı verib
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov məlumat verib.
Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 83 saylı Beyləqan Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 31,51 % olub. Dairə üzrə 17 916 seçici səsvermə hüququndan istifadə edib.
Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 16 saylı Yasamal İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 17,34 % olub. Dairə üzrə 8 383 seçici məntəqələrə gedərək səs verib.
Xatırladaq ki, saat 15:00-dək respublika üzrə 1 473 005 nəfər səs verib, seçici fəallığı 24,71% olub.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.
Rusiyanın xalq artisti Filipp Kirkorov və keçmiş həyat yoldaşı Alla Puqa�
Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat v�
Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, əgər Ukrayna Prezidenti Vo
Saat 15:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 473 005 se�
Saat 15:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 473 005 se�
İndoneziyanın Şimali Kalimantan əyaləti yaxınlığında içərisində 16 n
Ötən gün Prezident İlham Əliyevin imzaladığı fərmanla hərbçilərin, h
Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib.
Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Görüşü Azərbayc
Azərbaycanda bələdiyyə seçkilərində səsvermə prosessi davam edir.
Türkiyənin Bolu vilayətindəki hoteldə 78 nəfərin ölümünə səbəb olan
Aparıcı Xoşqədəm Hidayətqızı valideynlərindən danışarkən kövrəlib
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyada Türkiyə
Cənubi Sudanda təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra qəz