Müharibə veteranlarına verilən 80 manat artacaq? AÇIQLAMA


Digərləri 29 Yan 2025 15:36:00 145 0

Müharibə veteranlarına verilən 80 manat artacaq?  AÇIQLAMA

Ötən gün Prezident İlham Əliyevin imzaladığı fərmanla hərbçilərin, hərbi qulluqçuların və bir sıra digər dövlət qurumlarında çalışanların maaşlarının artırılması ilə bağlı mühüm qərar qəbul edildi. 

Bu qərar, sosial təminatın artırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir. Lakin maaş artımı ilə yanaşı, müharibə veteranlarına aylıq olaraq verilən 80 manatlıq müavinətin taleyi də müzakirə mövzusuna çevrilib. 

Bəs veteranlara verilən 80 manat aylıq müavinət artacaqmı? 

Son.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Ajans.az-a açıqlamasında bildirib ki, bu təqaüd Prezidentin müəyyən kateqoriya insanlara verdiyi hörmətin bir ifadəsidir və bunu müzakirə etmək doğru yanaşma deyil.

Musa Quliyev vurğulayıb ki, veteranlara verilən 80 manatlıq müavinət Prezidentin təşəbbüsü ilə tətbiq edilən təqaüd növlərindən biridir:

"Bu Prezident İlham Əliyevin müxtəlif kateqoriyadan olan insanlara göstərdiyi diqqətin və hörmətin bir nümunəsidir. Bunu hər hansı qanunvericiliyə gətirmək və ya Milli Məclisdə müzakirəyə çıxarmaq doğru deyil. Bu təqaüd növü Prezidentin təşəbbüsü və səlahiyyətləri çərçivəsində təyin olunur. Ona görə də, bunu sosial media və digər platformalarda müzakirə etmək məqsədəuyğun deyil".

Komitə sədri əlavə edib ki, veteranlar müxtəlif mənbələrdən maddi təminat əldə edirlər:

"Veteranlar işləyirlər və əməkhaqqı alırlar, eyni zamanda pensiya və digər müavinət növlərindən də faydalanırlar. Bu, elə təkcə 80 manatla yaşamaları anlamına gəlmir. Prezident tərəfindən təsbit edilən bu təqaüd növü ehtiyaclara uyğun olaraq artırıla və ya azaldıla bilər. Amma bu qərarlar yalnız Prezidentin səlahiyyətindədir".

Musa Quliyev qeyd edib ki, Prezidentin təşəbbüsü ilə tətbiq olunan bu təqaüdlər sosial təminat sisteminin bir parçasıdır və dövlət siyasətinin vətəndaşlara yönəlik humanist yanaşmasını əks etdirir:

"Bu təqaüdlər xüsusi bir hörmətin və diqqətin ifadəsidir. Veteranlar cəmiyyətimizin əziz insanlarıdır və onların rifahının yaxşılaşdırılması istiqamətində dövlət davamlı tədbirlər həyata keçirir. Amma unutmayaq ki, bu müavinətlərin təyin edilməsi yalnız Prezidentin səlahiyyətindədir və buna müdaxilə etmək doğru deyil".

Ağcabədidə avtomobil ağaca çırpıldı  Xəsarət alan var like
  • 29 Yan 15:28  
Digərləri Ağcabədidə avtomobil ağaca çırpıldı Xəsarət alan var

Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
TDTnin növbəti Zirvə görüşü Azərbaycanda keçiriləcək like
  • 29 Yan 15:19  
Siyasət TDTnin növbəti Zirvə görüşü Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Görüşü Azərbayc

arrow Ətraflı
Azərbaycanda bələdiyyə seçkilərində səsvermə prosessi davam edir like
  • 29 Yan 15:10  
Digərləri Azərbaycanda bələdiyyə seçkilərində səsvermə prosessi davam edir

Azərbaycanda bələdiyyə seçkilərində səsvermə prosessi davam edir.

arrow Ətraflı
Həmin yanğına görə 28 nəfər həbs edildi like
  • 29 Yan 15:00  
Dünya Həmin yanğına görə 28 nəfər həbs edildi

Türkiyənin Bolu vilayətindəki hoteldə 78 nəfərin ölümünə səbəb olan

arrow Ətraflı
Atasının vəsiyyətindən danışıb kövrəldi like
  • 29 Yan 14:51  
Şou-biznes Atasının vəsiyyətindən danışıb kövrəldi

Aparıcı Xoşqədəm Hidayətqızı valideynlərindən danışarkən kövrəlib

arrow Ətraflı
Kalın Kostanyanla Suriyada gizli görüşdü, şərt qoydu like
  • 29 Yan 14:40  
Dünya Kalın Kostanyanla Suriyada gizli görüşdü, şərt qoydu

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyada Türkiyə

arrow Ətraflı
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, ölənlər var like
  • 29 Yan 14:31  
Dünya Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, ölənlər var

Cənubi Sudanda təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra qəz

arrow Ətraflı
"Bu halda vəziyyət daha da pisləşəcək”  Zelenski like
  • 29 Yan 14:13  
Dünya "Bu halda vəziyyət daha da pisləşəcək” Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə iki �

arrow Ətraflı
3 BÜRCÜ bu həftə çox xoş sürpriz gözləyir like
  • 29 Yan 14:04  
Digərləri 3 BÜRCÜ bu həftə çox xoş sürpriz gözləyir

Bu həftə ulduzlar bürcün bəzi əlamətləri üçün gözlənilməz, lakin �

arrow Ətraflı
"Toy güzgüm 15 gündən sonra SINDI"  VİDEO like
  • 29 Yan 13:53  
Şou-biznes "Toy güzgüm 15 gündən sonra SINDI" VİDEO

Müğənni Şəbnəm Tovuzlu etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
Vedrədə gizlətdiyi 1 milyonu YANDI  FOTOlar like
  • 29 Yan 13:46  
Digərləri Vedrədə gizlətdiyi 1 milyonu YANDI FOTOlar

Türkiyənin Karaman şəhərində metal emalatxanasında yanğın baş verib. 

arrow Ətraflı
Uşaqları kəskin respirator virus infeksiyalarından necə qorumalı? like
  • 29 Yan 13:45  
Digərləri Uşaqları kəskin respirator virus infeksiyalarından necə qorumalı?

Hal-hazırda qış fəsli  ilə əlaqədar həm uşaqlar, həm də böyüklər

arrow Ətraflı
Mehmet Nuri Ərsoy Ərdoğandan istefasını istədi like
  • 29 Yan 13:43  
Digərləri Mehmet Nuri Ərsoy Ərdoğandan istefasını istədi

Türkiyənin turizm naziri Mehmet Nuri Ərsoy Qartalqaya xizək kurortundakı ot

arrow Ətraflı
Bu şəhərdə siqaret çəkmək qadağan edildi like
  • 29 Yan 13:41  
Dünya Bu şəhərdə siqaret çəkmək qadağan edildi

Yaponiyanın Osaka şəhərinin bütün küçələrində siqaret qadağası tət

arrow Ətraflı
Köçəryanla Sarqsyan birbirlərinin qanına susayıb like
  • 29 Yan 13:40  
Siyasət Köçəryanla Sarqsyan birbirlərinin qanına susayıb

"Daxili müxalifət məsələlərinin qaldırılmasının düzgün olmadı�

arrow Ətraflı