Uşaqları kəskin respirator virus infeksiyalarından necə qorumalı?
Digərləri 29 Yan 2025 13:45:00 74 0
Hal-hazırda qış fəsli ilə əlaqədar həm uşaqlar, həm də böyüklər arasında kəskin respirator virus infeksiyaları geniş yayılmışdır. Kəskin respirator virus infeksiyaları - kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir və əsasən tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur.
Bu xəbəri də oxu: Ölçüsü kiçik, qiyməti isə az qala mənzillərlə eynidir
KRVİ yer kürəsində ən çox yayılmış xəstəlikdir. KRVİ əsasən uşaqlarda müşahidə olunur. Həyatının ilk ayında olan uşaqlar nadir hallarda xəstələnirlər, çünki onlar adətən təcrid olunmuş şəraitdə olur və onlarda transplasentar passiv immunitet saxlanılır. Anadangəlmə immunitet olmadıqda və ya zəif olduqda bu uşaqlar da xəstələnə bilərlər.
Xəstələnmə ən çox həyatının ikinci yarımilində 3 yaşa qədər uşaqların payına düşür. Bu da onların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Statistikaya görə uşaq bağçasına gedən körpə KRVİ ilə birinci il 10 dəfəyə qədər, ikinci ili 5-7 dəfə, sonrakı illər isə 3-5 dəfə xəstələnə bilər. Təkrar xəstələnmə halları uşağın inkşafına xeyli təsir edir. Bu uşaq orqanizminin müdafiə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur, orqanizmdə allergizasiya prosesi yaradır, profilaktik peyvəndlərin aparılmasını gecikdirir, uşağın fiziki və psixi inkşafını ləngidir. Tez-tez baş verən KRVİ asmatik bronxit, bronxial astma, xroniki pielonefrit, poliartrit, burun udlağın xroniki xəstəliklərinə səbəb ola bilər.
Uşaqları virus infeksiyalarından qorumaq üçün:
Xəstələrlə təmas mümkün qədər məhdudlaşdırılır. Otağın havası tez-tez dəyişdirilməlidir. Əllər antibakterial sabunla tez-tez yuyulmalıdır. Normal yuxu və qidalanma rejimi olmalıdır.
Türkiyənin turizm naziri Mehmet Nuri Ərsoy Qartalqaya xizək kurortundakı ot
Yaponiyanın Osaka şəhərinin bütün küçələrində siqaret qadağası tət
"Daxili müxalifət məsələlərinin qaldırılmasının düzgün olmadı�
Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet "Rusiya prezidentinə
"Kia" 121 min avtomobilini geri çağırma qərarı alıb.
Alimlər xəbərdarlıq edirlər ki, yaxın gələcəkdə Yer planeti üçün g�
Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin
Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə gündəm olub.
Estetik əməliyyatdan çıxan qadın eybəcər hala düşüb.
"Telegram" mesenceri öz istifadəçilərini yeni funksiyaları ilə s
İş axtarışı üçün paytaxta üz tutan Bərdə sakini dələduzluğun qurba
Almaniyanın paytaxtı Berlində yerləşən Brandenburq hava limanında qərib�
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Özbəkistan xarici i
ABŞ-də yaşayan məşhur türkiyəli aktrisa Ceyda Ateş son zamanlar yayıla