Qazaxıstan kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyündədir
Dünya 01 Fev 2025 22:00:00 73 0
Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyündə yer alıb.
Bu xəbəri də oxu: Bu kişi 63 ildir yatmır Bundan sonra başlayıb...
Son.az report-a istinadən xəbər verir ki, bunu ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsinin sədri Ruslan Abdikalikov bildirib.
Onun sözlərinə görə, yaxın illərdə ölkənin qarşısında rəqəmsal təhlükəsizlik sahəsində lider mövqeləri nəzərdə tutan Tier 1 (Role-modeling) qrupuna daxil olmaq kimi iddialı hədəf durur.
"Son illərdə biz bir sıra mühüm təşəbbüslər həyata keçirmişik: Bug Bounty platforması, məlumatlara çıxışa nəzarət xidməti, 220-dən çox dövlət sisteminin informasiya mühafizəsi platforması ilə inteqrasiyası. Süni intellekt bu gün boşluqların aşkarlanmasında, hücumların qarşısının alınmasında və vətəndaşların qorunmasında aparıcı rol oynayır", - o qeyd edib.
R.Abdikalikov əsas təşəbbüslər arasında Zərərli Kodların Tədqiqat Mərkəzinin və mütəxəssis hazırlığı üçün kiberpoliqonun açılmasını, "Kiberqalxan-2" proqramının genişləndirilməsini, eGov-da "STOP-KREDİT" funksiyasının tətbiqini, şəxsi məlumatların qorunması üzrə beynəlxalq konvensiyalara qoşulmanı qeyd edib. Son.az
Sudanda Çevik Dəstək Qüvvələrinin Omdurman şəhərində bazara endirdiyi
Xalq artisti Gülyaz Məmmədova keçmiş həyat yoldaşından danışıb.
Quba rayonunun II Nügədi kəndi ərazisində yeni quraşdırılan meteoroloji
Rusiya ordusu Ukraynanın Poltava şəhərinə raket zərbəsi endirərək yaşa
6 fevral zəlzələsi Şərqi Anadolu sınma xəttinin üzərində olan zəlzəl
Prezident mükafatına layiq görülmək mənim üçün çox böyük qürurdur.
Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəz
"Yaşı 40-ı keçən şəxslər hökmən D3 vitamini qəbul etməlidir. Bu
Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının məsləhətçisi
Almaniya Böyük Vətən Müharibəsi illərində nasistlər tərəfindən Lenin
Xalq artisti Gülyanaq Məmmədova evində çəkilişə qadağa qoyub.
İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəs raz