"Starbucks" yeni CEOsuna 96 milyon dollar maaş ayırdı
Dünya 01 Fev 2025 13:36:00 68 0
"Starbucks" korporasiyası yeni baş direktoru Braian Nikolla 2024-cü ildə cəmi dörd aylıq iş müddətində 96 milyon dollar dəyərində maaş paketi təqdim edib.
Son.az xəbər verir ki, bu, ABŞ korporativ sektorunda ən yüksək maaşlardan biri hesab olunur.
Nikollun məvacibinin təxminən 94%-i performansa bağlı olan və üç il ərzində mərhələli şəkildə veriləcək səhm mükafatlarından ibarətdir. O, həmçinin şirkətdəki ilk ayından sonra 5 milyon dollarlıq imza bonusu alıb. Nikoll "Starbucks"a 2024-cü ilin sentyabrında, satışların azalması fonunda əvvəlki baş direktorun işdən çıxarılmasından sonra qoşulub.
Daha əvvəl "Chipotle Mexican Grill" şirkətində çalışan Nikoll, "Starbucks"ın fəaliyyətini yenidən canlandırmaq üçün işə cəlb edilib. Şirkət ondan Sietl şəhərinə köçməsini tələb etməsə də, müvəqqəti yaşayış xərclərini və şəxsi uçuşlarını ödəyib. O cümlədən, Sietl ilə Cənubi Kaliforniyadakı evi arasında həyata keçirilən səfərlər üçün 72 min dollar ayrılıb.
"Bloomberg" onun illik maaş paketini 113 milyon dollar dəyərində qiymətləndirib ki, bunun da əhəmiyyətli hissəsi əvvəlki iş yerində itirdiyi səhm mükafatlarının əvəzini çıxmağa yönəldilib.
Nikoll ABŞ-də ən yüksək maaş alan 20 baş direktor arasında yer alır. "Starbucks" onu "böyük tələbat olan lider" kimi qiymətləndirərək, şirkətin böyüməsinə töhfə verəcəyinə inandığını bildirib./valyuta.az
Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqa
Azərbaycanda yanvarın sonuna unun son topdansatış qiymətləri məlum olub.
Doktorların şikayətlərini ciddiyə almadığı 29 yaşlı qadın üç orqan�
Hollandiyada aşkar edilən və XVII əsrə aid olan unikal sikkə ABŞ-də keç
Son zamanlar vətəndaşların kiberdələduzların qurbanına çevrilməsi onla
"Əvvəlcədən proqnozlaşdırıldığı kimi hazırda ölkə ərazisində
Fevral ayında Yer kürəsi müxtəlif intensivliyə malik bir sıra maqnit qas�
Bu gün İrəvan əhalisi ictimai nəqliyyatdakı qiymət artımına etiraz əla
Son dövrlərdə Azərbaycanda bank kartları ilə bağlı problemlər artmaqdad
Xurma salatı hətta seçici qonaqları təəccübləndirə bilən sağlam inqre
Hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava
Yevlax rayonunda nəvəsi qəzada öldüyü üçün intihar edən nənənin öl�
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Fələstinin HƏMAS hərəkatının döyüşçüləri İsrail girovlarından bir