ABŞdə daha bir təyyarə qəzası
Dünya 01 Fev 2025 07:07:00 84 0
ABŞ-nin Filadelfiya ştatından Missuriyə uçan "Learjet 55" təyyarəsi yaşayış binalarının üzərinə düşüb.
Bu xəbəri də oxu: Trampdan gözlənilməz CAVAB: Ora üzməyə getməyimi istəyirsiniz?
Son.az xəbər verir ki, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra yerə çırpılıb.
Məlumata görə, qəza zamanı təyyarədə 6 nəfər olub. Onların iki həkim, iki pilot, bir xəstə və xəstənin ailə üzvü olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
"Qəzadan sonra Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə ev yanıb", - telekanal bildirib.
Xatırladaq ki, bir neçə gün öncə "American Airlines" aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və Quru Qoşunlarının "Black Hawk" helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb.
Amerika Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb. Son.az
Başqasının cinayətinə görə 56 il edamını gözləyən 88 yaşlı yapon h
Hələ də bir çox insan covid-19-un orqanizmdə yaratdığı izlərdən əziyy
Türkiyəli məşhur reper Uzi (Utku Cihan Yalçınkaya) yenidən gündəmə g�
Səhər acqarına həddindən artıq miqdarda qəhvə istehlakı həzm probleml�
Böyümüş limfa düyünləri çox vaxt infeksiyalara qarşı bədənin normal
Maraqlara, xarakter xüsusiyyətlərinə, eləcə də yaşayış şəraitinə h�
"3-4 nəfər çıxdı efirə, heç birini tanımadım"
Həkimlər qan damarlarını xolesteroldan təmizləmək üçün mövcud məhsul
"Dünyasını dəyişən vətəndaşlarımızın pensiya kapitalının bir
Vaşinqtonda təyyarənin qəzaya uğradığı ərazidə 41 nəfərin meyiti tap
Rəqqasə Fatimə Fətəliyeva teleaparıcı Zaur Nəbioğlu barədə qalmaqall�
Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yarad�
Təhlükəli ərazilərdə qanunsuz ev tikən vətəndaşlara digər ərazilərd