Qubernator qədim mətnin deşifrə edilməsi üçün 1 milyon dollar təklif edir
Dünya 01 Fev 2025 15:46:00 76 0
Hindistanın Tamilnad ştatının qubernatoru Hind vadisi sivilizasiyasına aid qədim yazının oxunmasını bacaran şəxsə 1 milyon dollar mükafat vəd edib.
Bu xəbəri də oxu: Vaşinqtonda qəza baş verən ərazidə 41 nəfərin meyiti tapıldı
Son.az bu barədə "Good News Network"a istinadən xəbər verir.
Hindistan və Pakistan ərazisində təxminən 5500 il əvvəl formalaşan Hind vadisi sivilizasiyası (harappa mədəniyyəti) arxasında hələ də tam oxuna bilməyən yazılar buraxıb. Qubernator bu təklifi qədim Tamil keramikası üzərindəki yazılar ilə harappa əlifbası arasında mümkün əlaqənin araşdırıldığı elmi məqalənin dərcindən sonra irəli sürüb.
İndiyədək bir çox dilçi alim bu qədim yazını deşifrə etməyə çalışsa da, heç biri tam müvəffəqiyyət əldə etməyib. Süni intellekt və müasir İT mütəxəssisləri də bu sirri açmaq üçün cəhd göstərirlər, lakin alimlər əlavə məlumatlar olmadan maşın öyrənməsinin bu sahədə ciddi irəliləyiş əldə edə biləcəyinə şübhə ilə yanaşırlar.
Hazırda tədqiqatçıların əlində təxminən 4000 artefakt üzərində tapılmış, cəmi 68 simvoldan ibarət yazılar var. Lakin bu yazılar əsasən qısa olduğu üçün onların tam olaraq bir dilə, yoxsa simvolik sistemə aid olduğu bəlli deyil. Bəzi alimlər bu yazının çin heroqliflərinə bənzər loqoqrafik sistem ola biləcəyini düşünürlər.
Bu mükafat təşəbbüsünün İnd vadisi sivilizasiyasının sirrini açmağa kömək edib-etməyəcəyi isə hələlik bilinmir./qaynarinfo
Ekspertlər 2025-ci ilin ən qonaqpərvər şəhərlərini müəyyən etmək ü�
Ermənistan Milli Təhlükəsizlik Xidməti Müstəqil Strateji Araşdırmalar M
Bu həftə sonu dörd bürc üçün xüsusi olacağını vəd edir!
Yanvarın 31-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partla
Dubaylı milyoner almaz tozu ilə boyanmış avtomobil alıb.
ABŞ prezidenti Donald Tramp Misir və İordaniyanın Qəzza zolağında İsrail
"Təəsüf ki, İlyas müəllimin səhhətində son bir həftə ərzində h
Mükafata layiq görülməyim haqqında məlumatı ilk dəfə iş yoldaşımdan
Rusiyada fevralın 5-dən etibarən daxili işlər orqanlarına ölkə ərazisin
Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların istehlak kreditlərinin həcmi
"TikTok"da elan yerləşdirərək insanları müqəddəs ziyarətgahla
Müstəntiqlər Vaşinqtonda qəzaya uğrayan təyyarə və helikopterdən büt�
Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də
Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qram
Babək prospektində hərəkət yenidən məhdudlaşdırıldı.