İlham Əliyev tərəfindən mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir Şövkət Məhərrəmova


Digərləri 01 Fev 2025 14:51:00 87 0

İlham Əliyev tərəfindən mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir  Şövkət Məhərrəmova

Mükafata layiq görülməyim haqqında məlumatı ilk dəfə iş yoldaşımdan eşitdim. Mənə Prezident İlham Əliyevin sərəncamını göndərdi və orada öz adımı görəndə çox həyəcanlandım. Xəbəri ilk elə yanımdakı iş yoldaşlarımla bölüşdüm.

Bu sözləri Trend-ə ötən gün Prezident mükafatına layiq görülən gənclərdən olan, rejissor Şövkət Məhərrəmova təəssüratlarını bölüşərkən deyib.

O bildirib ki, bu mükafat onu daha böyük uğurlara imza atmağa ruhlandırır:

"Prezident İlham Əliyev tərəfindən mükafata layiq görülməyim mənim üçün böyük bir şərəfdir. Bu mükafatı qazanmaq eyni zamanda mənim məsuliyyətimi artırır. Ümid edirəm ki, mənə göstərilən bu etimadı daima doğruldacağam. Bu çox böyük motivasiyadır və daha böyük uğurlara imza atmağa ruhlandırır.

Prezident İlham Əliyevin gənclər siyasəti, onların ölkənin gələcəyində mühüm rol oynamasına şərait yaradır və onların potensialını ən yüksək səviyyəyə çatdırmaq üçün zəmin yaradır. Gənclər bu siyasətin dəstəyi ilə daha fəal, yaradıcı və müstəqil vətəndaşlar kimi yetişir və ölkənin inkişafına öz töhfələrini verirlər".

Şövkət Məhərrəmova qeyd edib ki, o, gələcəkdə, daha da irəliləmək, müxtəlif layihələrə imza atmaq və sənət sahəsindəki fəaliyyətini daha geniş miqyasda inkişaf etdirmək istəyir:

"Eyni zamanda, gənc rejissorların yetişməsinə dəstək olmaq, onların inkişafı üçün müasir tədris metodları tətbiq etmək və onları daha çox praktiki təcrübə ilə təmin etmək məqsədindəyəm. Qarşıda post production mərhələsində olan filmim var, onu bitirdikdən sonra müxtəlif festivallara göndərməyi planlaşdırıram.

Gənclər günü ilə bağlı bütün gəncləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirəm".

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilir:

Ağalarov Mircavid Elşad oğlu

Əjdərli Aytac Ceyhun qızı

Əzimov Rüstəm Bakir oğlu

Hacıbəyli Rafael Siyavuş oğlu

İsrafilova Fatimə Seymur qızı

Məhərrəmova Şövkət Fikrət qızı

Məmmədzadə Vüqar Əbdüləli oğlu

Muradova Jalə Tərlan qızı

Nuruzadə Ömər İman oğlu

birgə fəaliyyətə görə:

Abdullayev Nihat Rauf oğlu

Əliyeva Ləman Əhəd qızı.

Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar bu tarixdən qüvvəyə minəcək like
  • 01 Fev 14:43  
Dünya Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar bu tarixdən qüvvəyə minəcək

Rusiyada fevralın 5-dən etibarən daxili işlər orqanlarına ölkə ərazisin

arrow Ətraflı
Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var? like
  • 01 Fev 14:36  
Digərləri Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var?

Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların istehlak kreditlərinin həcmi

arrow Ətraflı
"TikTok"da dini ziyarətgaha aparmaq adı ilə DƏLƏDUZLUQ ETDİ like
  • 01 Fev 14:28  
Digərləri "TikTok"da dini ziyarətgaha aparmaq adı ilə DƏLƏDUZLUQ ETDİ

"TikTok"da elan yerləşdirərək insanları müqəddəs ziyarətgahla

arrow Ətraflı
Qəzaya uğrayan təyyarənin bütün "qara qutuları" tapıldı like
  • 01 Fev 14:20  
Dünya Qəzaya uğrayan təyyarənin bütün "qara qutuları" tapıldı

Müstəntiqlər Vaşinqtonda qəzaya uğrayan təyyarə və helikopterdən büt�

arrow Ətraflı
Azərbaycanda "Nimesil"in satışı qadağan edilib?  KİV like
  • 01 Fev 14:05  
Digərləri Azərbaycanda "Nimesil"in satışı qadağan edilib? KİV

Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də

arrow Ətraflı
Qızıl heç vaxt bu qədər baha olmayıb  Qiymətlər like
  • 01 Fev 13:55  
Digərləri Qızıl heç vaxt bu qədər baha olmayıb Qiymətlər

Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qram

arrow Ətraflı
Bu prospekdə hərəkət yenidən məhdudlaşdırıldı like
  • 01 Fev 13:49  
Digərləri Bu prospekdə hərəkət yenidən məhdudlaşdırıldı

Babək prospektində hərəkət yenidən məhdudlaşdırıldı.

arrow Ətraflı
Dünən mükafatlandırılan Mircavid Ağalarov kimdir? like
  • 01 Fev 13:42  
Digərləri Dünən mükafatlandırılan Mircavid Ağalarov kimdir?

Xəbər verdiyimiz kimi, ötən gün dövlət başçısı 2025-ci il Gənclər �

arrow Ətraflı
"Starbucks" yeni CEOsuna 96 milyon dollar maaş ayırdı like
  • 01 Fev 13:36  
Dünya "Starbucks" yeni CEOsuna 96 milyon dollar maaş ayırdı

"Starbucks" korporasiyası yeni baş direktoru Braian Nikolla 2024-cü

arrow Ətraflı
Manatla pul kütləsinin həcmi AÇIQLANIB like
  • 01 Fev 13:29  
Digərləri Manatla pul kütləsinin həcmi AÇIQLANIB

Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqa

arrow Ətraflı
Azərbaycanda unun son topdansatış qiyməti məlum olub  SİYAHI like
  • 01 Fev 13:25  
Digərləri Azərbaycanda unun son topdansatış qiyməti məlum olub SİYAHI

Azərbaycanda yanvarın sonuna unun son topdansatış qiymətləri məlum olub.

arrow Ətraflı
Həkimlər ağrılarını ciddiyə almadı  29 yaşında 3 bədən like
  • 01 Fev 13:20  
Digərləri Həkimlər ağrılarını ciddiyə almadı 29 yaşında 3 bədən

Doktorların şikayətlərini ciddiyə almadığı 29 yaşlı qadın üç orqan�

arrow Ətraflı
Türkiyədə anbarda güclü yanğın like
  • 01 Fev 13:07  
Digərləri Türkiyədə anbarda güclü yanğın

İstanbulda təkər anbarında güclü yanğın baş verib.

arrow Ətraflı
Evindən qəpik tapdı, milyonçu oldu  Maraqlı HADİSƏ like
  • 01 Fev 13:06  
Digərləri Evindən qəpik tapdı, milyonçu oldu Maraqlı HADİSƏ

Hollandiyada aşkar edilən və XVII əsrə aid olan unikal sikkə ABŞ-də keç

arrow Ətraflı
Onlayn kreditlərə məhdudiyyət tətbiq edilə bilər? like
  • 01 Fev 12:55  
Digərləri Onlayn kreditlərə məhdudiyyət tətbiq edilə bilər?

Son zamanlar vətəndaşların kiberdələduzların qurbanına çevrilməsi onla

arrow Ətraflı