Türkiyə turist sayına görə rekord qırdı
Digərləri 01 Fev 2025 16:43:00 63 0
2024-cü ildə 62,2 milyon turist qəbul edərək 61,1 milyard dollar gəlir əldə edən Türkiyə turizmdə öz rekordlarını qırıb.
Bu xəbəri də oxu: Bakıda azyaşlı qız dəm qazından boğulub öldü
Son.az xəbər verir ki, Türkiyə 2024-cü ildə ziyarətçi sayında illik 9,8% artım əldə edərək 62.269.890 turistə ev sahibliyi edib. Bu rəqəm, pandemiyadan əvvəlki il olan 2019-cu illə müqayisədə 20,3%-lik artımı ifadə edir. Bununla da Türkiyə 2024-cü ilin əvvəlində elan etdiyi 60 milyon və ötən oktyabrda yenilədiyi 61 milyon turist hədəflərini də geridə qoyub .
Bundan əlavə, Türkiyə turizmdən 61,1 milyard ABŞ dolları gəlir əldə edərək ötən illə müqayisədə 8,3% daha çox gəlir qazandı. Ümumilikdə, 2024- cü il Türkiyənin turizm sahəsində ən uğurlu ili olub.
Avropa, Yaxın Şərq və Mərkəzi Asiya Türkiyənin əsas turizm bazarları olaraq qalsa da, Amerika, Hindistan və Çin kimi inkişaf edən bazarlarda 2024-cü ildə nəzərəçarpacaq artım qeydə alınıb. Rusiya, Almaniya və Böyük Britaniya ən çox turist göndərən üç ölkə sırasındadır. Digər tərəfdən, inkişaf edən bazarlardan gələn turistlərin sayında ABŞ üzrə 8,1%, Çin üzrə 65,1% və Hindistan üzrə 20,7% artım müşahidə olunub.
Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən dəhşətli partlayış
Bu həftə sonu dörd bürc üçün xüsusi olacağını vəd edir!
Son illər abituriyentlər ixtisas seçimi zamanı ingilis dilində tədrisə ü
Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanali
Bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə nəqliyya
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiq
Ekspertlər ilin əsas yeni avtomobilləri arasında Alfa Romeo Giulia EV, Audi
Hindistanın Tamilnad ştatının qubernatoru Hind vadisi sivilizasiyasına aid
Ekspertlər 2025-ci ilin ən qonaqpərvər şəhərlərini müəyyən etmək ü�
Ermənistan Milli Təhlükəsizlik Xidməti Müstəqil Strateji Araşdırmalar M
Bu həftə sonu dörd bürc üçün xüsusi olacağını vəd edir!
Yanvarın 31-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partla
Dubaylı milyoner almaz tozu ilə boyanmış avtomobil alıb.
ABŞ prezidenti Donald Tramp Misir və İordaniyanın Qəzza zolağında İsrail
"Təəsüf ki, İlyas müəllimin səhhətində son bir həftə ərzində h