Qəhvə beyinə necə təsir edir? Maraqlı araşdırma
Digərləri 01 Fev 2025 18:08:00 67 0
Yeni bir araşdırmaya görə, müntəzəm qəhvə istehlakı yaşlı insanlarda demans riskini azalda bilər, lakin bu, yalnız şəkərsiz, kofeinli qəhvəyə aiddir.
Bu xəbəri də oxu: Bank kartları ilə bağlı problemlər artır: təhlükəsizlik necə təmin olunmalıdır? ARAŞDIRMA
Son.az xəbər verir ki, qəhvə istehlakı ilə demans riski arasında əlaqə Böyük Britaniyada 40-69 yaş arasında olan 200.000-dən çox insanın tibbi məlumatlarının təhlili zamanı aşkar edilib.
Tədqiqatçılar bu insanların nə qədər tez-tez qəhvə içdiklərini, həmçinin tədqiqata başladıqdan sonra doqquz il ərzində onlara demans diaqnozu qoyulub-olmadığını araşdırıblar.
Tədqiqat məqaləsində deyilir: "Kofeinli qəhvənin, xüsusilə də şəkərsiz qəhvənin istehlakı Alzaymer, eləcə də Parkinson xəstəliyinin inkişaf riskinin aşağı olması ilə əlaqələndirilir. Bununla belə, şirinləşdirilmiş qəhvə üçün belə bir əlaqə müşahidə edilməyib".
Tədqiqat iştirakçıları istehlak etdikləri qəhvə miqdarına görə beş qrupa bölünüblər: kofe içməyənlər, gündə 0-1 stəkan içənlər, 1-2 stəkan, 2-3 fincan və 3 stəkandan çox içənlər.
Gündə 3 stəkandan çox qəhvə içən qrupda demensiyanın ən az rastlanması qeydə alınıb. Ümumilikdə, müntəzəm qəhvə içənlərin qəhvə içməyənlərlə müqayisədə Alzaymer xəstəliyinə tutulma riski 34%, Parkinson xəstəliyinə tutulma riski 37% və neyrodegenerativ xəstəliklərdən ölmə riski 47% daha az idi.
Tədqiqatçılar kofeinin beyinə qoruyucu təsir göstərə biləcəyini, şəkər və süni dadlandırıcıların isə onun faydalarını zəiflədə biləcəyini irəli sürürlər. Ancaq bu fərziyyələri təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var./lent.az
OpenAI yeni süni intellekt modelini təqdim edib
"Quş qripi" insanlar üçün hələ çox təhlükəli deyil, lakin h�
"Bu əlbəttə ki, sülh prosesinə töhfə verən bir hadisədir".
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "O olmasın, bu olsun&quo
Kvinslend Universitetinin alimləri Alabama ştatında yereşənlərdə yeni nö
Xəbər verdiyimiz kimi, ABŞ-nin Filadelfiya ştatından Missuriyə uçan &q
"Microsoft" intellektual axtarış funksiyasını "Word" mə
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şirvan-Salyan Regional G�
2024-cü ildə 62,2 milyon turist qəbul edərək 61,1 milyard dollar gəlir əl
Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən dəhşətli partlayış
Bu həftə sonu dörd bürc üçün xüsusi olacağını vəd edir!
Son illər abituriyentlər ixtisas seçimi zamanı ingilis dilində tədrisə ü
Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanali
Bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə nəqliyya