Dünən mükafatlandırılan Mircavid Ağalarov kimdir?
Digərləri 01 Fev 2025 13:42:00 74 0
Xəbər verdiyimiz kimi, ötən gün dövlət başçısı 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Minlərlə "Kia" avtomobili bu hissəyə görə yana bilər Geri ÇAĞIRILDILAR
Son.az xəbər verir ki, mükafata layiq görülmüş gənclərin sırasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı Ağalarov Mircavid Elşad oğlu da yer alıb.
O, 2020-ci ildə həmin fakültəni uğurla bitirib, Azərbaycan Universitetinin Humanitar fənnlər fakültəsinin magistr pilləsinə daxil olub. 2022-ci ildə isə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əyani doktoranturasına qəbul olub, "Azərbaycanın Arxeoloji irsində Səlcuq dövrü fayans məmulatı" adlı fəlsəfə doktoru dissertasiyası üzrə tədqiqata başlayıb. 2023-cü ildən isə İnstitutun Elmi fond və ekspozisiya şöbəsində yarımştat olaraq fəaliyyətə başlayıb, hazırda da həmin şöbənin elmi işçisidir.
Mircavid Ağayevin arxeologiya elminə marağı tələbə vaxtlarından yaranıb, 2017 və 2018-ci illərdə Oksford Universiteti ilə Moskva Dövlət Universitetinin Bakı filialının birgə layihəsi olan AEB2017 və AEB2018 (Bərdənin Arxeoloji tədqiqi) layihələrində, eyni zamanda arxeologiyaya aid müxtəlif beynəlxalq elmi tədbirlərdə iştirak edib, "Erasmus+" layihəsinin iştirakçısı olub. Arxeologiya və Antropologiya İnstitutuna qəbul olduğu gündən isə İnstitutun təşkil etdiyi müxtəlif ekspedisiyalarda elmi heyət üzvü olub.
M.Ağayev Vətən müharibəsi nəticəsində azad olunmuş bölgələrdə, əsasən Ağdam rayonundakı Çinartəpə çoxtəbəqəli qədim yaşayış yeri və Zəngilan rayonunda yerləşmiş Şəhri-Şərifan şəhər yeri də daxil olmaqla 11 fərqli çöl tədqiqatının iştirakçısı olub.
2022 və 2024-cü illərdə Azərbaycan-Almaniya birgə layihəsi olan LKREP( Qarabağ Düzənliyinin tədqiqi və qazıntısı) layihəsində, YUNESCO-nun İpək yolu Onlayn Platform proqramının "Gəncənin IX-XV əsrlər şirli keramikası" adlı elmi layihədə, Avropa Birliyinin COST proqramının Gametable layihəsində iştirak edib, hazırda da bir neçə layihənin iştirakçısıdır. O, ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan daxil olmaqla dünyanın müxtəlif ölkələrində keçirilən konfranslarda Arxeologiya və Antropologiya İnstitutunu təmsil edib.
İxtisasını, xarici ölkələrdə keçdiyi ixtisas təkmiləşdirmə kurslarını, əldə etdiyi təcrübələri, apardığı uğurlu araşdırmaları, arxeologiya elminə olan həvəsini və elmi səviyyəsini nəzərə alaraq, AMEA rəhbərliyi Ağalarov Mircavid Elşad oğlunu namizədliyini Gənclər üçün Prezident Mükafatına təqdim edib.
Gənc arxeoloqun mükafata layiq görülməsi Prezident İlham Əliyevin arxeologiya elminə olan diqqətinin və qayğısının bariz göstəricisidir./"qafqazinfo"
"Starbucks" korporasiyası yeni baş direktoru Braian Nikolla 2024-cü
Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqa
Azərbaycanda yanvarın sonuna unun son topdansatış qiymətləri məlum olub.
Doktorların şikayətlərini ciddiyə almadığı 29 yaşlı qadın üç orqan�
Hollandiyada aşkar edilən və XVII əsrə aid olan unikal sikkə ABŞ-də keç
Son zamanlar vətəndaşların kiberdələduzların qurbanına çevrilməsi onla
"Əvvəlcədən proqnozlaşdırıldığı kimi hazırda ölkə ərazisində
Fevral ayında Yer kürəsi müxtəlif intensivliyə malik bir sıra maqnit qas�
Bu gün İrəvan əhalisi ictimai nəqliyyatdakı qiymət artımına etiraz əla
Son dövrlərdə Azərbaycanda bank kartları ilə bağlı problemlər artmaqdad
Xurma salatı hətta seçici qonaqları təəccübləndirə bilən sağlam inqre
Hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava
Yevlax rayonunda nəvəsi qəzada öldüyü üçün intihar edən nənənin öl�
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca