Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
Siyasət 31 Yan 2025 19:31:00 79 0
31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Birol Akgünü qəbul edib.
Bu xəbəri də oxu: Azəbaycan BMT ilə Çərçivə Sənədi üçün təkliflərini açıqlayıb
XİN-dən Son.az-a verilən xəbərə görə, görüş zamanı, Türkiyə Respublikasıının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş səfiri Birol Akgün etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında mövcud tarixi, ənənəvi qardaşlıq və dostluğun müttəfiqliyimizin, o cümlədən regional və beynəlxalq müstəvidə birgə səylərimizin gücləndirilməsində müstəsna əhəmiyyətinin olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də birgə ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərimizin təqdirəlayiq olduğu, bu il Azərbaycanda keçiriləcək sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik qeyd edilib.
Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyada birgə təşəbbüslərin irəlilədilməsi istiqamətində səylərin əhəmiyyətli olduğu bildirilib.
Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbula və təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiya və İrandan idxal olunan bir sıra istehlaka yararsız məhsullar məhv
Türkiyə hakimiyyəti Boludakı faciədən sonra Bursa vilayətindəki Uludağ
Əməkdar artist Ehtiram Hüseynov uzun müddətdir ailəsindən ayrı yaşayır
Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məh
62 və 217 nömrəli marşrutlar üzrə keçirilən müsabiqədə "BakuBus&
"Günlərlə, hətta həftələrlə çörək yemədiyim vaxtlar olub".
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində bir ailənin 5 üzvünün h
31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın�
Aparıcı Aytən Səfərova sosial media hesabındakı paylaşımı ilə diqqət
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə ye
Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordu
"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, &quo
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əlilliyi olan ş