Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!


Digərləri 31 Yan 2025 18:43:00 75 0

Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində bir ailənin 5 üzvünün həyatını itirməsi ilə nəticələnən partlayış ölkəmizdə postmüharibə dövründə partlamamış hərbi sursat (PHS) və minalarla bağlı vəziyyətin nə qədər ciddi və təhlükəli olduğunu bir daha göstərmiş oldu.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, BMT-nin məlumatlarına əsasən, Azərbaycan dünyada minalarla və PHS-lərlə ən çox çirklənmiş ölkələrdən biridir.

Ölkəmiz bu məsələdə Laos, Anqola, Kamboca, Konqo, Vyetnam, Əfqanıstan kimi dövlətlərlə bir sırada dayanır ki, bunun da səbəbi son 35 il ərzində Azərbaycanın böyük bir ərazisini əhatə etmiş iki müharibədir.

Vətən müharibəsindən sonra onlarla insan məhz bu səbəbdən, yəni mina və PHS partlamasından həyatını itirib və bu hadisələr davam etməkdədir.

Adları qeyd edilmiş, yaxın keçmişdə müharibələr yaşamış və hazırda müharibələrin davam etdiyi ölkələr kimi Azərbaycanda da insanlar, xüsusilə aktiv döyüş əməliyyatlarının getdiyi yerlərdə və ətraf zonaların sakinləri bu təhdidlə birgə yaşamaqdadır.

Əvvəlcədən qeyd edək ki, partlamamış hərbi sursat - PHS döyüş və təlim zamanı istifadə olunmuş, lakin bu və ya digər səbəbdən partlamamış mərmilər və digər hərbi sursatlardır. PHS-lər əl qumbaraları, artilleriya/minaatan mərmiləri, bombalar, güllələr, raketlərdir. Onlar çox böyük təhlükə mənbəyidir, uzun illər zərərsizləşdirilmədən qalan bu cür sursatlar istənilən ən adi toxunuşla partlaya bilər. Təcrübə göstərir ki, mülki şəxslər, əksər hallarda, mina və PHS-ləri gündəlik istifadə etdikləri və yaxud artıq tanıdıqları əşyalara bənzətməyə və bu üsulla da onların təhlükəli olub-olmadığını təyin etməyə çalışırlar. Bu səbəbdən vətəndaşlara mənşəyi şübhəli sayılan və onlara məxsus olmayan əşyalara, ümumiyyətlə, yaxınlaşmamaq tövsiyə olunur.

Təhdid daha çox işğaldan azad edilmiş ərazilərə köçürülən insanları, həmçinin buraya yaxın yaşayanları əhatə edir. Bu səbəbdən işğaldan azad edilmiş ərazilərdə yalnız təhlükəsizliyinə əmin olduğunuz yerlərdən və mümkün qədər asfalt örtüyü olan yollardan istifadə etmək tövsiyə olunur. Döyüşlər getmiş ərazilərdən, kölgəli yerlərdən, çay keçidləri və su mənbələrindən, meşə və bağlardan, tərk edilmiş tikililərdən, hərbi istehkamlardan, səngərlərdən, istifadəsiz və ot basmış yollardan, dağıdılmış hərbi və mülki texnikadan, minalanmış sahə kimi xəbərdarlıq nişanları ilə əhatələnmiş ərazilərdən uzaq olmaq lazımdır. Bu kimi yerlər daha çox uşaqların marağını cəlb etdiyindən məktəblərdə və ailələrdə azyaşlı və yeniyetmələrlə bu istiqamətdə daim söhbətlər aparılmalıdır.

İndiyə qədər baş verən mina və PHS partlayışı hadisələrinə nəzər saldıqda görünür ki, bu cür bədbəxt olayların 70 faizdən çox hissəsi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə baş verib. Bu da onu deməyə əsas verir ki, mina və partlamamış hərbi sursatlara nəinki keçmiş təmas xətti boyu olan ərazilərdə, hətta işğaldan azad olunan bütün ərazilərdə rast gəlmə ehtimalı var. Statistik təhlillər göstərir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərdə hərbi və mülki şəxslərin minaya düşməsi hadisələrinə görə ilk üç yeri Tərtər, Kəlbəcər və Ağdam rayonları tutur.

Füzuli rayonu da Birinci Qarabağ müharibəsi dövründə minalarla ən çox çirkləndirilmiş bölgələr sırasındadır. Elə bölgələr var ki, orada bir kvadratmetr sahədə 6-8 mina aşkarlanır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı rəsmi məlumatlara əsasən aparılan təhlil göstərir ki, son 4 il ərzində (2020-2024-cü illər) 180 min hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Təkcə 2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları zamanı 2 372 ədəd tank və 4 286 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə isə, son 4 ildə (2021-2024-cü illər) işğaldan azad olunmuş ərazilərdə 18 411 ədəd tank, 29 250 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət yerinə yetirir. 2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 59 163 ədəd partlamamış hərbi sursat da aşkar edilərək zərərsizləşdirilib.

Xatırladaq ki, son 4 il (2021-2024-cü illər) ərzində işğaldan azad olunmuş ərazilərdə 119 104 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Hazırda işğaldan azad edilmiş ərazilərin təmizlənməsi işləri sürətlə davam etsə də, daha əvvəl işğal altında olmamış cəbhəboyu yerlərdə, məsələn, bu gün bədbəxt hadisənin baş verdiyi Ağcabədidə və digər ərazilərdə də risklərin olduğu məlumdur. Bunun üçün isə ilk növbədə əhalinin maarifləndirilməsi, təhlükəli əşyalarla düzgün davranış qaydalarının aşılanması vacibdir.

İlk növbədə məktəblərdə şagirdlərlə iş aparılmalı, işğaldan azad edilmiş və cəbhəboyu yerləşmiş rayonlardakı məktəblərdə dərs saatları, praktiki məşğələlər təşkil edilməlidir. Bununla yanaşı, ailələr maarifləndirilməli, qeyri-hökumət təşkilatları real fəaliyyətə söykənən işlər görməlidir.

Azərbaycanda yeni radiolar açılacaq  FOTO like
  • 31 Yan 18:35  
Digərləri Azərbaycanda yeni radiolar açılacaq FOTO

31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın�

arrow Ətraflı
"Onlardan zəhləm gedir"  FOTO like
  • 31 Yan 18:27  
Şou-biznes "Onlardan zəhləm gedir" FOTO

Aparıcı Aytən Səfərova sosial media hesabındakı paylaşımı ilə diqqət

arrow Ətraflı
Leysan Məmmədova vəzifə verildi like
  • 31 Yan 18:26  
Digərləri Leysan Məmmədova vəzifə verildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə ye

arrow Ətraflı
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil like
  • 31 Yan 18:19  
Digərləri Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordu

arrow Ətraflı
Sərnişinlərə şad xəbər: Bu marşrutun avtobusları YENİLƏNİR  FOTO like
  • 31 Yan 18:17  
Digərləri Sərnişinlərə şad xəbər: Bu marşrutun avtobusları YENİLƏNİR FOTO

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, &quo

arrow Ətraflı
Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı like
  • 31 Yan 17:46  
Digərləri Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əlilliyi olan ş

arrow Ətraflı
İnsult keçirən Xalq artistindən yeni xəbər like
  • 31 Yan 17:38  
Şou-biznes İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, pal

arrow Ətraflı
“Bakıya konkret təkliflər vermişik, buna hazırıq" like
  • 31 Yan 17:32  
Digərləri “Bakıya konkret təkliflər vermişik, buna hazırıq"

"Ermənistan regionda kommunikasiyaların açılması prosesi çərçivəsi

arrow Ətraflı
Dünyanın ən zəngin türkü qəza keçirdi, ölümdən döndü like
  • 31 Yan 17:23  
Digərləri Dünyanın ən zəngin türkü qəza keçirdi, ölümdən döndü

Çukurova Holdinqin sahibi, Turkcell və Yapı Kredi Bankası kimi nəhəng şir

arrow Ətraflı
Məşhur azərbaycanlı aktyorun TOYUDUR  FOTO like
  • 31 Yan 17:16  
Şou-biznes Məşhur azərbaycanlı aktyorun TOYUDUR FOTO

Gənc aktyor Kənan Yusifovun bu gün qız toyudur.

arrow Ətraflı
Türkiyənin yeni səfiri Bakıdadır like
  • 31 Yan 17:15  
Siyasət Türkiyənin yeni səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib

arrow Ətraflı
“Roşka” yenidən həbs olundu like
  • 31 Yan 17:08  
Şou-biznes “Roşka” yenidən həbs olundu

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata ke

arrow Ətraflı
Fevralın 1dən bu marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir like
  • 31 Yan 16:59  
Digərləri Fevralın 1dən bu marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Paytaxtın Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küç�

arrow Ətraflı
Məşhur serialın sevənlərinə pis xəbər like
  • 31 Yan 16:51  
Şou-biznes Məşhur serialın sevənlərinə pis xəbər

Qarşılanmayan xərclər səbəbiylə final edən seriallar sırasına daha bir

arrow Ətraflı
Erməni jurnalistin bu sualı Zaxarovanı özündən çıxardı like
  • 31 Yan 16:40  
Digərləri Erməni jurnalistin bu sualı Zaxarovanı özündən çıxardı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-

arrow Ətraflı