Bələdiyyə seçkiləri ilə bağlı MSKya daxil olan şikayətlərə baxılıb
Siyasət 01 Fev 2025 18:34:00 65 0
Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.
Bu xəbəri də oxu: Zaxarova erməni jurnalisti belə susdurdu
Son.az xəbər verir ki, MSK-nın bu gün keçirilən icasında çıxışçılar şikayətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib.
Bildirilib ki, şikayətlər 56 saylı Şabran-Xaçmaz (2 şikayət), 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 72 saylı Cəlilabad kənd, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabadi, 86 saylı Ağcabədi dairə seçki komissiyalarının müxtəlif məntəqə komissiyalarından daxil olub.
Qeyd edilib ki, müraciətlər aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyalarına göndərilib.
MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, fevralın 3-də baş tutacaq iclasda şikayətlərlə bağlı araşdırmalar yekunlaşdırılmalıdır.
Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əmə
"Donald Trampın dövründə bir çox ölkələrin sərhədləri dəyişə,
Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivə
Yeni bir araşdırmaya görə, müntəzəm qəhvə istehlakı yaşlı insanlarda
OpenAI yeni süni intellekt modelini təqdim edib
"Quş qripi" insanlar üçün hələ çox təhlükəli deyil, lakin h�
"Bu əlbəttə ki, sülh prosesinə töhfə verən bir hadisədir".
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "O olmasın, bu olsun&quo
Kvinslend Universitetinin alimləri Alabama ştatında yereşənlərdə yeni nö
Xəbər verdiyimiz kimi, ABŞ-nin Filadelfiya ştatından Missuriyə uçan &q
"Microsoft" intellektual axtarış funksiyasını "Word" mə
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şirvan-Salyan Regional G�
2024-cü ildə 62,2 milyon turist qəbul edərək 61,1 milyard dollar gəlir əl