"Baku Network"un rəhbəri Elçin Alıoğlu “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Siyasət 04 Fev 2025 11:35:00 74 0
Fevralın 4-dən 6-dək Moskvada "Valday" Beynəlxalq Diskussiya Klubunun XIV Yaxın Şərq Konfransı keçiriləcək. Konfransda spikerlərdən biri "Baku Network" ekspert platformasının rəhbəri, Trend BİA-nın direktor müavini Elçin Alıoğlu olacaq.
Bu xəbəri də oxu: Azərbaycanın İrandan əsas gözləntiləri İşçi Qrupunun üzvü AÇIQLADI
E.Alıoğlu "Nəqliyyat dəhlizləri və quruda və dənizdə təhlükəsizliyin gələcəyi" adlı sessiyada çıxış edəcək. Bundan əlavə, sessiyada Dubay Dövlət Siyasəti Araşdırmaları Mərkəzinin baş elmi işçisi Xalid Əlşimmari, "Infranews" tədqiqat agentliyinin baş direktoru Aleksey Bezborodov və İran Xarici İşlər Nazirliyi yanında beynəlxalq əlaqələr fakültəsinin dekanı Məhəmməd Rza Dehşiri iştirak edəcək.
Builki forumun mövzusu belədir: "Yaxın Şərq 2025: Keçmişdən dərs almaq, indiki zamanda itməmək və gələcəyi planlaşdırmaq". Tədbirdə Azərbaycan, Əlcəzair, Böyük Britaniya, Misir, İordaniya, İraq, İran, Livan, BƏƏ, Pakistan, Fələstin, Rusiya, Suriya, ABŞ və Türkiyə də daxil olmaqla 15 ölkədən 50-dən çox ekspert, siyasətçi və analitik iştirak edəcək.
Xarici iştirakçılar arasında BMT baş katibinin köməkçisi Ezzeldin Rəmzi Rəmzi, Fələstinin sosial məsələlər üzrə naziri və Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin üzvü Əhməd Məcdəlani, Suriyanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Bəşər Cəfəri, Qahirədəki Amerika Universitetinin Beynəlxalq Münasibətlər və İctimai Siyasət Məktəbinin fəxri dekanı Nabil Fəhmi kimi tanınmış siyasətçilər və ekspertlərin iştirakı gözlənilir.
Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli
Aqrar Subsidiya Şurası əkin subsidiyalarının alınması üçün sığortala
Moda dünyasında diqqətçəkən yeriş, təsir edici duruş və heyranedici ö
Rusiya üçüncü ölkələrdəki subyektlər vasitəsilə Qərb istehsalı olan
Milli Məclisdə yeni sektor müdiri təyin edilib.
"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin Aktau
ABŞ Prezidenti Donald Tramp son zamanlar Rusiya-Ukrayna müharibəsi ilə bağl
Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində
Son həftələrdə Azərbaycan və İran arasında münasibətlərin yeni dinami
Bakı şəhər Xətai rayonu ərazisində baş vermiş ağır yol qəzasının g
Mədə narahatlıqlarını gözardı edən qadın xərçəng xəstəliyinə tutu
Cari ilin hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi
Bu gün İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" m