Hikmət Hacıyev Tehrana bu mesajları çatdırır –


Siyasət 02 Fev 2025 15:16:00 49 0

Hikmət Hacıyev Tehrana bu mesajları çatdırır –

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və Tehranda qonşu dövlətin rəsmiləri ilə görüşləri davam edir. Bu səfər bir neçə səbəbdən Azərbaycan üçün əhəmiyyətlidir.

Son.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O, Hikmət Hacıyevin İrana səfərinin gündəmini bu cür izah edib:

"Birincisi, Tehranın diqqətinə bir daha çatdırılıb ki, Azərbaycan cənub qonşusuyla münasibətlərdə gərginlik istəmir, ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.

İkincisi, Ermənistanın mövqeyi səbəbindən Zəngəzur dəhlisi yubandığına görə, Azərbaycan İran ərazisindən - Araz çayının sahili ilə keçən dəhlizə əhəmiyyət verir. Çayın üzərində körpünün inşaatı bitmək üzrədir. İran üzərindən dəhlizin qısa müddətdə işə düşməsinin bölgə ölkələri üçün faydası olacaq. Bunu Tehran da anlamamış deyil.

Üçüncüsü, Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən İsrail və ABŞ-la münasibətlərinin İrana qarşı yönəlmədiyi dəfələrlə deyilib və bu, Tehranda təkrarən iranlı rəsmilərin diqqətinə çatdırılıb.

Dördüncüsü, rəsmi Bakı mötədil Prezident Məsud Pezeşkianla normal əməkdaşlığa ümid edir. Pezeşkianın da Azərbaycanla əməkdaşlığa marağı var. Mümkündür ki, Tehrandakı danışıqlarda iki ölkə prezidentinin yaxın müddətdə görüşünün təşkili barədə də fikir mübadiləsi aparılıb.

Bu sadalanan müsbət məqamlara baxmayaraq, İranın mühafizəkar və dini dairələri növbəti antiazərbaycan təxribatları ilə əldə edilənlərin üstündən yenə xətt çəkə bilərlər. Hər dəfəsində belə olur, iki ölkənin rəsmiləri və diplomatları görüşür, tərəfdaşlıqdan və ortaq layihələrdən danışırlar, üstündən bir müddət keçdikdən sonra əyalət mollalarından biri və ya SEPAH generalı Azərbaycanı hədəf götürən açıqlama verir, İran dövlətinin nəzarətindəki televiziya kanalları, agentlikləri və saytları bunları yayımlayır, nəticədə müsbətə doğru irəli sürülən təşəbbüslər yarımçıq qalır".

ABŞdəki təyyarə qəzasının inanılmaz detalı: “Taksi” ilə toqquşub...  FOTO like
  • 02 Fev 15:00  
Dünya ABŞdəki təyyarə qəzasının inanılmaz detalı: “Taksi” ilə toqquşub... FOTO

Vaşinqtonda sərnişin təyyarəsi ilə toqquşan hərbi "Black Hawk"

arrow Ətraflı
Türkiyə ordusu 23 terrorçunu zərərsizləşdirdi like
  • 02 Fev 14:59  
Digərləri Türkiyə ordusu 23 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib

arrow Ətraflı
Ürəyə 1 nömrəli ziyan vuran TƏRƏVƏZ like
  • 02 Fev 14:50  
Digərləri Ürəyə 1 nömrəli ziyan vuran TƏRƏVƏZ

Dietoloqlar populyar bir tərəvəzin ürək sağlamlığına mənfi təsir gös

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 02 Fev 14:37  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
Paşinyan küçəyə çıxdı: snayper kimi NİŞAN ALDI? – FOTO like
  • 02 Fev 14:30  
Digərləri Paşinyan küçəyə çıxdı: snayper kimi NİŞAN ALDI? – FOTO

Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanın mərkəzindəki Respublik

arrow Ətraflı
Moskvada hoteldə kütləvi zəhərlənmə like
  • 02 Fev 14:29  
Digərləri Moskvada hoteldə kütləvi zəhərlənmə

İstintaq Komitəsi Moskvanın Kapotnya rayonunda mehmanxanada uşaqların zəh�

arrow Ətraflı
Azərbaycandan Pakistana 2 milyard dollarlıq sərmayə like
  • 02 Fev 14:27  
Dünya Azərbaycandan Pakistana 2 milyard dollarlıq sərmayə

Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq.

arrow Ətraflı
Yaşar Kələntərli vəfat etdi like
  • 02 Fev 14:18  
Digərləri Yaşar Kələntərli vəfat etdi

ƏHD Partiyasının baş katibi Yaşar Kələntərli vəfat edib.

arrow Ətraflı
"800 minlik ordumuz NATO üçün bonus olacaq" like
  • 02 Fev 14:10  
Dünya "800 minlik ordumuz NATO üçün bonus olacaq"

Ukraynanın 800 minlik ordusu Trampın ABŞ qoşunlarını Avropadan çıxarmaq

arrow Ətraflı
"Həyat yoldaşım ölməmişdən 20 dəqiqə əvvəl..."  VİDEO like
  • 02 Fev 14:08  
Şou-biznes "Həyat yoldaşım ölməmişdən 20 dəqiqə əvvəl..." VİDEO

Müğənni Ülviyyə Namazova "Maqazin Plus"a açıqlamasında kövrə

arrow Ətraflı
Avtomobilin dəri salonunun 5 mənfi cəhəti like
  • 02 Fev 14:00  
Digərləri Avtomobilin dəri salonunun 5 mənfi cəhəti

Avtomobilin dəri salonu lüks əlamətidir, lakin sürücülər üçün problem

arrow Ətraflı
Rövşanə: "Dünyam DAĞILDI"  VİDEO like
  • 02 Fev 13:50  
Şou-biznes Rövşanə: "Dünyam DAĞILDI" VİDEO

Teleaparıcı Rövşanə Ağasəfqızı həyatdakı peşman olma hissindən dan�

arrow Ətraflı
Niyə teztez xəstələnirik? like
  • 02 Fev 13:45  
Digərləri Niyə teztez xəstələnirik?

(Təsir mexanizmi: Beta qlükan bağırsağın selikaltı qatında makrofaqları

arrow Ətraflı