Türkiyədə dəhşətli zəlzələdən sağ çıxan Şakiroğlu ÜRƏK SIZLATDI: "Operator qışqırdı ki..." FOTO


Digərləri 02 Fev 2025 15:08:00 73 0

Türkiyədə dəhşətli zəlzələdən sağ çıxan Şakiroğlu ÜRƏK SIZLATDI: "Operator qışqırdı ki..."  FOTO

2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən zəlzələlər nəticəsində ən çox zərər görən Hatayda minlərlə bina yerlə-bir olub, təxminən 25 min insan həyatını itirib.

Son.az bildirir ki, ölkəni sarsıdan və 11 vilayətdə böyük dağıntılara səbəb olan 6 fevral zəlzələsindən sağ çıxanlardan biri də Mehmet Ali Şakiroğludur.

O, zəlzələdən 260 saat sonra sağ çıxarılıb. Dağıntılar altında sidiyini içərək və tapdığı çiçəyi yeyərək həyatda qala bilib.

Mehmet Ali Şakiroğlu həmin anları belə xatırlayır:

"Mən ailəmlə birlikdə Qaziantepdə yaşayırdım. Oğlum Yusuf 6 fevral gecəsi xəstələndi. Bizi Hataydakı bir xəstəxanaya yönləndirdilər. Həmin gecə saat 22:30-da xəstəxanaya çatdıq. Səhərin açılmasını və həkimin gəlməsini gözləyirdik. Hava soyuq idi. Atamla birlikdə isti bir yer tapmaq üçün gəzərkən xəstəxananın bufetinə rast gəldik. Bufetdə başımı masaya qoydum və yatdım. Yuxulu vəziyyətdə başımı qaldırdığımda yerin titrədiyini və hər kəsin təşviş içində qaçdığını gördüm. Atam qarşımda otururdu, lakin o qarışıqlıqda onu itirdim. Xəstəxananın poliklinika hissəsinə tərəf qaçdım. Özümü şüşəyə vurub çıxmağa çalışdım, amma qapı açılmadı. Əllərimi başımın üzərinə qoyaraq qorunmağa çalışdım. Gözlərimi açanda hər tərəfin betonla örtüldüyünü gördüm. Gələn səsləri eşidirdim, lakin üzərimizdə çox beton olduğu üçün səsimizi eşitdirə bilmirdik.

Mən zəlzələnin 12-ci günü gecə dağıntılar altından çıxarıldım. Əllərimlə nəsə axtararkən canlı bir çiçək tapdım. Çiçək plastik də olsa, yeyəcəkdim. Çiçəkləri kiçik hissələrə bölüb yeyirdim, sidiyimlə qidalandım. Ağzım yuxarı vəziyyətdə yatırdım. Həyat uğrunda mübarizə apardım, ümidimi Allahdan kəsmədim. Daim buradan çıxmalıyam deyə düşünürdüm. İndi düşünəndə bu qədər acıya necə dözdüyümü bilmirəm.

Mən ayağımı tərpətdim, yuxarıdakı operator "burada ayaq var" - deyə qışqırdı. Həmin an dünya mənim oldu. Gecə çölə çıxdığımda ulduzları gördüm. Dağıntılar altından çıxanda bədənimdə heç bir cızıq yox idi. Ailəm 12 gün boyunca orada idi. Onlar artıq ümidini itirib evə getmək istəyəndə, məhz o zaman çıxarıldım".  /Musavat.com

ABŞdəki təyyarə qəzasının inanılmaz detalı: “Taksi” ilə toqquşub...  FOTO like
  • 02 Fev 15:00  
Dünya ABŞdəki təyyarə qəzasının inanılmaz detalı: “Taksi” ilə toqquşub... FOTO

Vaşinqtonda sərnişin təyyarəsi ilə toqquşan hərbi "Black Hawk"

arrow Ətraflı
Türkiyə ordusu 23 terrorçunu zərərsizləşdirdi like
  • 02 Fev 14:59  
Digərləri Türkiyə ordusu 23 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib

arrow Ətraflı
Ürəyə 1 nömrəli ziyan vuran TƏRƏVƏZ like
  • 02 Fev 14:50  
Digərləri Ürəyə 1 nömrəli ziyan vuran TƏRƏVƏZ

Dietoloqlar populyar bir tərəvəzin ürək sağlamlığına mənfi təsir gös

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 02 Fev 14:37  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
Paşinyan küçəyə çıxdı: snayper kimi NİŞAN ALDI? – FOTO like
  • 02 Fev 14:30  
Digərləri Paşinyan küçəyə çıxdı: snayper kimi NİŞAN ALDI? – FOTO

Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanın mərkəzindəki Respublik

arrow Ətraflı
Moskvada hoteldə kütləvi zəhərlənmə like
  • 02 Fev 14:29  
Digərləri Moskvada hoteldə kütləvi zəhərlənmə

İstintaq Komitəsi Moskvanın Kapotnya rayonunda mehmanxanada uşaqların zəh�

arrow Ətraflı
Azərbaycandan Pakistana 2 milyard dollarlıq sərmayə like
  • 02 Fev 14:27  
Dünya Azərbaycandan Pakistana 2 milyard dollarlıq sərmayə

Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq.

arrow Ətraflı
Yaşar Kələntərli vəfat etdi like
  • 02 Fev 14:18  
Digərləri Yaşar Kələntərli vəfat etdi

ƏHD Partiyasının baş katibi Yaşar Kələntərli vəfat edib.

arrow Ətraflı
"800 minlik ordumuz NATO üçün bonus olacaq" like
  • 02 Fev 14:10  
Dünya "800 minlik ordumuz NATO üçün bonus olacaq"

Ukraynanın 800 minlik ordusu Trampın ABŞ qoşunlarını Avropadan çıxarmaq

arrow Ətraflı
"Həyat yoldaşım ölməmişdən 20 dəqiqə əvvəl..."  VİDEO like
  • 02 Fev 14:08  
Şou-biznes "Həyat yoldaşım ölməmişdən 20 dəqiqə əvvəl..." VİDEO

Müğənni Ülviyyə Namazova "Maqazin Plus"a açıqlamasında kövrə

arrow Ətraflı
Avtomobilin dəri salonunun 5 mənfi cəhəti like
  • 02 Fev 14:00  
Digərləri Avtomobilin dəri salonunun 5 mənfi cəhəti

Avtomobilin dəri salonu lüks əlamətidir, lakin sürücülər üçün problem

arrow Ətraflı
Rövşanə: "Dünyam DAĞILDI"  VİDEO like
  • 02 Fev 13:50  
Şou-biznes Rövşanə: "Dünyam DAĞILDI" VİDEO

Teleaparıcı Rövşanə Ağasəfqızı həyatdakı peşman olma hissindən dan�

arrow Ətraflı
Niyə teztez xəstələnirik? like
  • 02 Fev 13:45  
Digərləri Niyə teztez xəstələnirik?

(Təsir mexanizmi: Beta qlükan bağırsağın selikaltı qatında makrofaqları

arrow Ətraflı
"İrəvan bu addımı atsa, çökəcək" like
  • 02 Fev 13:36  
Digərləri "İrəvan bu addımı atsa, çökəcək"

Avrasiya İqtisadi İttifaqından çıxmaq buğda, günəbaxan yağı, qaz və b

arrow Ətraflı