Bir ailənin üzvləri ağır qəzaya düşdü Ölən və xəsarət alanlar var
Digərləri 02 Fev 2025 16:32:00 72 0
Masallıda yol nəqliyyat hadisəsi baş verib.
Bu xəbəri də oxu: Zirəddinin Azərbaycan proqnozu: Apreliyul aylarında zəlzələ gözlənilir
Son.az bildirir ki, hadisə gecə saatlarında Ələt-Astara magistralında, Masallı rayonunun Sərçuvar kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayonunun Sütəmurdov kənd sakini 72 yaşlı Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan ağır tonajlı (TIR) yük avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər Lənkəran rayonunun Sütəmurdov kənd sakinləri 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.
APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (1 qadın cinsli, 1 kişi cinsli, 1 azyaşlı olmaqla ) Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
1977-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Masallı Rayon Mərkəzi Xəsyəxanasında davam etdirilir.
1986-cı il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir. Boyun fəqərələrinin və almacıq sümüyünün sınığı, subaraxinoidal qansızma diaqnozları təyin edilən şəxsin Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyəsi planlaşdırılır.
2018-ci il təvəllüdlü azyaşlının isə vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
1 nəfərin isə hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Ermənistanda faşizm var. Faşizm sosializmlə, liberalizmlə, hətta daha çox
İnfeksionist Yevgeni Timakov xəbərdarlıq edib ki, qripin düzgün müalicəs
Rəsmi Pekin ABŞ-nin Çin məhsullarına rüsum tətbiq etməsi ilə bağlı Ü
Türkiyəli məşhur aktrisa Akasya Asıltürkmen açıqlaması ilə diqqətlər
İfrat sağçı "Sərt Kurs" partiyasının lideri Rasmus Paludan Tür
Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.
Metabolizm - orqanizmi enerji ilə təmin edən və metabolik prosesləri tənzi
Milli Aviasiya Akademiyasının dördüncü kurs tələbəsi Sultan Sultanlı v�
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və Te
2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş ve
Vaşinqtonda sərnişin təyyarəsi ilə toqquşan hərbi "Black Hawk"
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib
Dietoloqlar populyar bir tərəvəzin ürək sağlamlığına mənfi təsir gös