Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans işinə başlayıb
Siyasət 15 Mar 2023 09:34:00 260 0
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransı öz işinə başlayıb.
Son.az APA-ya istinadən bildirir ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparması gözlənilir.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Son.az
Türkiyəli aktyor Haluk Bilginer xəstəxanadan evə buraxılıb.
Müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Fransa dünyada soyqırım cinayətlərini yayan irqçiliyi dövlət siyasətin�
Rusiyanın Su-27 qırıcısının ABŞ-ın kəşfiyyatçı "İHA MQ-9 Reape
Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində "Kamranla 1" veri
Ekspert: "Bundan sonra bir sıra şirkətlərin də iflası mümkündür, l
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi s
Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ailəsinə "Hayd Park&quo
Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi ba�
Cəmiyyətdə bir hadisə nə qədər tez-tez baş verərsə, o şey insanlar ü
Rusiya bioloji silahlar haqqında Konvensiyaya baxmayaraq, bioloji silahın yara
İran adlanan ölkədə 4 aydan çoxdur xalqın kütləvi etirazları davam edir
Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyü�