Efirdə arvad axtaranlara dəstək verənlər və tənqid edənlər...


Digərləri 15 Mar 2023 08:40:00 202 0

Efirdə arvad axtaranlara dəstək verənlər və tənqid edənlər...

Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində "Kamranla 1" verilişində televiziya kanallarını tənqid edib. Son.az musavat.com-a istinadən bildirir ki, Kamran Həsənli 44 günlük savaşda şəhid olan Azərbaycan oğullarının təbliğinin aparılması gərəkdiyini deyib və bildirib ki, kanallar orta yaşlı insanları evləndirməyə xidmət etməməlidir.

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişinə evlilik üçün üz tutanları qınayanlara sərt cavab verib. Bu barədə o, sözügedən proqramda danışıb. "Bütün problemlərin həllində varıq, sonuna qədər. Evlənmək hər kəsin haqqıdır. Hamı ailə qurur. Biri küçədə tanış olur, biri telefonda, parkda, metroda, əvvəllər camaat hamamda tanış olurdu. Artıq efirdə iki izdivacımız olub. Kimsəsiz bir insanı damın altından çıxarıb ailə həyatı qurdurmuşuq. Pisdir? Atasını, anasını körpə yaşından itirib bu adam, arxasında kim duracaq, kim arxa çıxıb evəndirəcək onu? "Arvadım kənddə bir kişi ilə qaçıb, tapın görək haradadır?"... Bu yaxşıdır? Bu günə qədər 11 il ərzində nələrdən keçmişik, bunu mən bilirəm. Boş-boşuna danışan adamlardır. Bitdi artıq, mənə bu mövzuda heç kim heç nə deməsin", - deyə Zaur bildirib.

Cəmiyyətdə izdivac verilişlərinə münasibət birmənalı deyil. Xüsusən də yaşlı nəslin efir vasitəsilə özünə "qulaq yoldaşı", ər və yaxud arvad axtarması cəmiyyətdə qıcıqla qarşılanır.

Deputat Aqil Abbas mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Aqil Abbas yaşlı insanların efir vasitəsilə özlərinə həyat yoldaşı axtarmasını normal qarşıladığını dedi: "Bu məsələni yamanlamaq doğru deyil. Ola bilər ki, yaşlı insan tənha qalıb, indi də özünə "qulaq yoldaşı" axtarır, burada pis bir şey yoxdur. O gün izlədim ki, 24 yaşlı bir qız özünə ər axtarır. Hamımız bilirik ki, Vətən müharibəsində xeyli şəhidlərimiz olub. Ona görə də oğlan qıtlığı yaranıb, qızlarımız isə ailə qurmaq istəyir. Hesab edirəm ki, bu, normaldır. Xarici ölkələrdə qocalar evi əslində buna görədir. Hətta imkanlı şəxslər belə yaşlananda qocalar evinə gedir, orada özünə dərd yoldaşı tapır, sevir, yenidən evlənir və sairə... Amma bizim adət-ənənəmizə görə övladın öz valideynini qocalar evinə qoyması böyük qınaqla qarşılanır. Ona görə də yaşlı insanlar məcbur qalıb efirə çıxırlar. Doğrudur, keçmişdə el-obada insanların efirə çıxıb özünə ər və yaxud arvad axtarması xoş qarşılanmırdı, insanlar buna qəribə baxırdı, amma indi vəziyyət dəyişib və bunu yamanlamaq doğru deyil".

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə məsələyə bu cür münasibət bildirdi: "20-ci əsrin ortalarında dünyada gedən proseslər hələ indi gəlib bizə çatıb.

Məlum olduğu kimi, ötən əsrin 60-70-ci illərində ailə institutları, təsisatları artıq dağılmağa başlamışdı. Həmin vaxt dünyada maraqlı bir mərhələ, dalğa keçirdi, belə ki, tələbə hərəkatları, hippler hərəkatı başlamışdı və onun təsirindən qaynaqlanaraq, dünyada klassik mühafizəkar ailə dəyərləri dağılırdı. Bu, keçmiş SSRİ-də də başlamışdı. Artıq insanlar dövlətin bir kərpici olan möhkəm ailə dəyərlərinə deyil,  əskinə, liberal düşüncəli şəxslərə, fərdlərin azadlığını özündə ehtiva edən yeni model  ailə münasibətlərinə, o cümlədən ictimai nikah, qeyri-rəsmi nikah, dini kəbinə (istər xristian, İslam, istərsə də bütpərəstlikdə) üstünlük verirdilər. Hətta Avropanın bir çox ölkələrində nəinki qadın, kişi, hətta kişi-kişi, qadın-qadın, yəni eynicinsli nikahlar ortaya çıxmağa başladı. BMT indi artıq bu cür orta cinsi qəbul edir və bir sıra ölkələr eynicinsli nikahları da qəbul etməyə başlayıb. Buna görə də bir sıra sivil cəmiyyətlərdə buna qarşı formatlar yaranmağa başladı. Həmin formatlardan biri də ailə, tanışlıq, dostluq mərkəzlərinin, Karneqi klublarının yaradılması, eyni zamanda radio-televiziya, kütləvi informasiya vasitələrində tanışlıq şoularıdır.

İnternet və sosial şəbəkələrin geniş yayıldığı, televiziyaların inkişaf etdiyi 21-ci əsrdə bu tendensiya bizim ölkəyə çox gec gəlib çatdı. Çünki bizdə ailə dəyərləri hələ də qorunub saxlanılırdı, boşanmaya qarşı həm qanunda, həm də cəmiyyətin özündə kəskin fikirlərin, ictimai qınağın olması ona gətirib çıxartmışdı ki, ailələr rəsmi nikaha girəndən sonra dağılmağa meylli olmurdu. Hətta ailədaxili münaqişələr olsa belə, onu kənara çıxarmırdılar.

ABŞ bankları batır  manat dolları “yeyəcək?” like
  • 15 Mar 08:33  
Digərləri ABŞ bankları batır manat dolları “yeyəcək?”

Ekspert: "Bundan sonra bir sıra şirkətlərin də iflası mümkündür, l

arrow Ətraflı
Yollarda sıxlıq yaranıb like
  • 15 Mar 08:27  
Digərləri Yollarda sıxlıq yaranıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi s

arrow Ətraflı
Polis Baş nazirə xəbərdarlıq etdi like
  • 15 Mar 08:24  
Dünya Polis Baş nazirə xəbərdarlıq etdi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ailəsinə "Hayd Park&quo

arrow Ətraflı
Xocalıda yük maşını aşdı, like
  • 15 Mar 08:19  
Digərləri Xocalıda yük maşını aşdı,

Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi ba�

arrow Ətraflı
Bakıda ajiotaj yaradan gündüz cinayətləri... like
  • 15 Mar 08:15  
Kriminal Bakıda ajiotaj yaradan gündüz cinayətləri...

Cəmiyyətdə bir hadisə nə qədər tez-tez baş verərsə, o şey insanlar ü

arrow Ətraflı
ABŞdan Rusiyaya like
  • 15 Mar 08:12  
Dünya ABŞdan Rusiyaya

Rusiya bioloji silahlar haqqında Konvensiyaya baxmayaraq, bioloji silahın yara

arrow Ətraflı
Molla rejimi ölkəni bu cür dağıdır  Qaradağlı like
  • 15 Mar 08:07  
Dünya Molla rejimi ölkəni bu cür dağıdır Qaradağlı

İran adlanan ölkədə 4 aydan çoxdur xalqın kütləvi etirazları davam edir

arrow Ətraflı
Zelenski əsas diqqətin Baxmut istiqamətinin gücləndirilməsinə yönəldiyini bildirib like
  • 15 Mar 08:01  
Dünya Zelenski əsas diqqətin Baxmut istiqamətinin gücləndirilməsinə yönəldiyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyü�

arrow Ətraflı
Ermənistan və İran mediası əndişədə: "Azərbaycan yeni hərbi əməliyyatlara hazırlaşır" like
  • 15 Mar 07:55  
Siyasət Ermənistan və İran mediası əndişədə: "Azərbaycan yeni hərbi əməliyyatlara hazırlaşır"

Son.az musavat.com-a istinadən bildirir ki,erməni Telegram kanalları Azərbay

arrow Ətraflı
Bakıda yol qəzasında ərarvad yaralanıb like
  • 15 Mar 07:49  
Digərləri Bakıda yol qəzasında ərarvad yaralanıb

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Minik maşını yük avtomobili ilə toqquşub, like
  • 15 Mar 07:43  
Digərləri Minik maşını yük avtomobili ilə toqquşub,

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Paşinyan "oynayır": müharibə artıq qaçılmazdır like
  • 15 Mar 07:37  
Siyasət Paşinyan "oynayır": müharibə artıq qaçılmazdır

Son.az axar.az-a istinadən bildirir ki, Paşinyanın açıqlamaları İrəvanı

arrow Ətraflı
76 yaşlı anasının ərə getməsini istəyən kulturoloq like
  • 15 Mar 07:32  
Digərləri 76 yaşlı anasının ərə getməsini istəyən kulturoloq

"Bu birbaşa mənə aid olan fikirdir. Mənim üçün anamın xoşbəxtliyi

arrow Ətraflı
Avtomobil piyadanı vuraraq öldürüb like
  • 15 Mar 07:22  
Digərləri Avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda yol qəzası baş verib.

arrow Ətraflı
Yanğın olub, like
  • 15 Mar 07:14  
Digərləri Yanğın olub,

Naxçıvan şəhərində yanğın baş verib.

arrow Ətraflı