Ceyhun Bayramov MDB PA Şurasının Baş katibi ilə seçkilərə hazırlıq məsələlərini müzakirə edib


Digərləri 07 Fev 2024 00:47:51 1366 0

Ceyhun Bayramov MDB PA Şurasının Baş katibi ilə seçkilərə hazırlıq məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskini qəbul edib.

Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərindən irəli gələn məsələlər müzakirə olunub.

MDB məkanında qanunvericilik orqanları arasında təmasların qurumasına şərait yaradan platforma kimi MDB Parlamentlərarası Assambleyanın əhəmiyyəti vurğulanıb.

Azərbaycanın üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolu olan dialoq platforması kimi MDB-yə əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

C.Bayramov 7 fevral tarixində 30 illik işğaldan sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində növbədənkənar Prezident seçkilərinin baş tutacağını, torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın işğalan azad olunmuş ərazilərimizdə seçkilərdə iştirak edəcəyini bildirib. Habelə xarici ölkələrdəki vətəndaşlarımızın seçki hüququnun təmin olunması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyü, xarici ölkələrimizdəki diplomatik nümayəndəliklərimizdə müvafiq seçki məntəqələrinin yaradıldığı diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məşhur aktyor xəstəxanaya yerləşdirildi like
  • 07 Fev 00:26  
Şou-biznes Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Rusiyalı aktyor Mixail Boyarski planlı şəkildə müalicə üçün Sankt-Pete

arrow Ətraflı
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür like
  • 07 Fev 00:15  
Digərləri Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

arrow Ətraflı
Bu gün Azərbaycanda Prezident seçkiləri günüdür like
  • 07 Fev 00:01  
Siyasət Bu gün Azərbaycanda Prezident seçkiləri günüdür

Bu gün - fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri k

arrow Ətraflı
Avtomobil qoşqulu texnika ilə toqquşdu: yaralılar var like
  • 06 Fev 23:52  
Digərləri Avtomobil qoşqulu texnika ilə toqquşdu: yaralılar var

Qubada minik avtomobilinin qoşqulu texnika ilə toqquşması nəticəsində iki

arrow Ətraflı
"Baykar" Ukraynada zavodun tikintisinə başladı like
  • 06 Fev 23:42  
Dünya "Baykar" Ukraynada zavodun tikintisinə başladı

Türkiyənin "Baykar" şirkəti Ukraynada dron istehsal edən zavodun

arrow Ətraflı
Elşən Abduləzimov vəfat etdi  RƏSMİ  FOTO like
  • 06 Fev 23:39  
Digərləri Elşən Abduləzimov vəfat etdi RƏSMİ FOTO

Azərbaycanlı diplomat Elşən Abduləzimov ağır xəstəlikdən vəfat edib.

arrow Ətraflı
Ukraynada yeni qoşun növü yaradıldı like
  • 06 Fev 23:36  
Dünya Ukraynada yeni qoşun növü yaradıldı

Ukrayna Prezidenti Vladimir Zelenski yeni qoşun növünün - Pilotsuz Sistem Q�

arrow Ətraflı
Çörək alanda diqqətli olun – Evdə bişirəndə etdiyimiz like
  • 06 Fev 23:30  
Digərləri Çörək alanda diqqətli olun – Evdə bişirəndə etdiyimiz

Çörək gündəlik qida rasionumuzda əsas olan qida məhsuludur. Buna görə d

arrow Ətraflı
Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı like
  • 06 Fev 23:23  
Dünya Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında azı 131 n

arrow Ətraflı
Nardaran sahillərində qorxulu mənzərə like
  • 06 Fev 23:18  
Digərləri Nardaran sahillərində qorxulu mənzərə

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində güclü külək avtomobillə

arrow Ətraflı
KVNin yeganə sahibi O OLDU like
  • 06 Fev 23:17  
Şou-biznes KVNin yeganə sahibi O OLDU

Kiçik Aleksandr Maslyakov "AMİK Televiziya Yaradıcılıq Birliyi" �

arrow Ətraflı
Bu iki meyvə təzyiqi tez salır like
  • 06 Fev 23:10  
Digərləri Bu iki meyvə təzyiqi tez salır

Arterial təzyiqi tez və effektiv salan 2 ərzaq var.

arrow Ətraflı
Yaxın Şərqdəki zərbələri dayandırmayacağıq like
  • 06 Fev 23:05  
Dünya Yaxın Şərqdəki zərbələri dayandırmayacağıq

ABŞ Yaxın Şərqdəki zərbələrinə son qoymaq niyyətində deyil.

arrow Ətraflı
Ukraynalı gözəl tituldan imtina etdi like
  • 06 Fev 23:00  
Şou-biznes Ukraynalı gözəl tituldan imtina etdi

"Miss Japan 2024" gözəllik müsabiqəsinin qalibi olan Ukrayna əsil

arrow Ətraflı
Maykl Ceksonun qızı mərasimdə diqqət çəkdi  FOTOlar like
  • 06 Fev 22:50  
Şou-biznes Maykl Ceksonun qızı mərasimdə diqqət çəkdi FOTOlar

Dünya ulduzu Maykl Ceksonun qızı Peris Cekson "Gremmy" mükafatland

arrow Ətraflı