Azərbaycanlı xanımla evlənən, SSRİdə ölüm hökmü alan, Londona qaçan “KQB” polkovniki FOTO
Digərləri 05 Fev 2025 06:06:00 70 0
Ötən əsrin 80-ci illəri SSRİ və Qərb dövlətləri arasında "soyuq müharibə"nin kəskinləşdiyi dövrdür. Xüsusən kəşfiyyat xidmətləri səviyyəsində bu gizli müharibə öz intensivliyi ilə seçilirdi. SSRİ-nin qüdrətli Dövlət Təhlükəsizlik Komitəsi (DTK, "KQB"), ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın "Mİ-6"sı dünyanın bütün nöqtələrində amansız yarışa girmişdi. Bu mübarizədə istənilən kəşfiyyat xidmətinin ən qorxulu yuxusu daxili satqınlıq, düşmən kəşfiyyatı ilə əməkdaşlıq idi.
Bu xəbəri də oxu: FHN əhaliyə xəbərdarlıq etdi
"KQB" daxilində xarici kəşfiyyatla əlaqə quranlar kommunizm quruluşuna və SSRİ-yə inamını itirən ideoloji şəxslərdən, karyera tramplinində irəliləyə bilmədikləri üçün qisas alan şəxslərdən və sadəcə pul qarşılığında düşmən kəşfiyyatına işləyən kateqoriyalardan ibarət idi. Tarixdə "KQB"nin general-mayor Oleq Kulaqin, polkovnik Oleq Penkovski kimi qarşı tərəflə əməkdaşlıq edən, məlumat ötürən xüsusi xidmət orqanı əməkdaşlarını tanıyır.
Son.az Lent.az-a istinadən SSRİ-də ölüm hökmünə məhkum edilən, Qərb xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan belə şəxslərdən biri, "KQB" polkovniki Oleq Qordiyevski haqqında məlumatı təqdim edir. Onu azərbaycanlı oxucu üçün maraqlı edən məqamlardan biri "çekist"in həyat yoldaşının milliyyətcə azərbaycanlı Leyla Ağahüseyn qızı Əliyeva olmasıdır. Amma gəlin əvvəlcə, Oleq Qordiyevskinin tərcümeyi-halı ilə tanış olaq.
Oleq Antonoviç Qordiyevski 1938-ci il oktyabrın 10-da Moskvada anadan olub. Onun atası NKVD -nin üzvü idi və qatı kommunist görüşləri ilə seçilirdi. Təsadüfi deyil ki, onun hər 3 oğlu atalarının təsiri ilə təhlükəsizlik orqanlarında çalışmağa başlayır. Moskvadakı orta məktəblərdən birini bitirdikdən sonra diplomat olmaq istəyən Qordiyevski 1956-cı ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. 1962-ci ildə isə uğurla təhsilini bitirib. Lakin atası və artıq "KQB" agenti kimi Cənub-Şərqi Asiyada fəaliyyət göstərən qardaşı Vasilinin təsiri ilə "KQB"yə işə düzəlir. 101 nömrəli DTK kəşfiyyat məktəbinin hazırlıq kurslarını bitirən Oleq Qordiyevski 1963-cü ildən komitənin 1-ci baş idarəsində (xarici kəşfiyyata cavabdeh) çalışmağa başlayır. 1966-cı ildə isə xüsusi xidmət orqanının xıttilə Danimarkadakı SSRİ səfirliyinə işə göndərilir.
Rəsmi sənədlərdə səfirliyin konsulluq idarəsinin əməkdaşı kimi göstərilən Qordiyevski əslində ölkədəki qeyri-leqal sovet agentlərini saxta Danimarka pasport və digər sənədlərlə təmin edən gizli agent olmalı idi. Bunun üçün 1 il ərzində Danimarka dilini və qanunvericiliyini hərtərəfli öyrənir. 1970-ci ilin yanvarında isə yenidən Moskvaya dönür. 1972-ci ilin oktyabrında o, yenidən, bu dəfə kəşfiyyatın siyasi kanalları vasitəsilə Kopenhagenə göndərilir. Bu dəfə sovet səfirliyin mətbuat katibi kimi Danimarkaya gələn Oleq Qordiyevski 1 il sonra "KQB"nin Danimarka rezidentinin (rəhbərinin) müavini, 1976-cı ildən isə rezidenti təyin olunur. Məhz Kopenhagendə çalışdığı zaman o, ilk dəfə Qərb kəşfiyyatına işləmək barədə düşünür. ABŞ və Böyük Britaniya kəşfiyyatı arasında seçim edən DTK agenti qərarı sonuncunun xeyrinə verir. Sonradan müsahibələrində Qordiyevski bu qərarı Britaniyanın "Mİ-6" kəşfiyyat xidmətini daim yüksək peşəkarlığına görə qiymətləndirdiyi üçün atdığını deyir. Qərbə işləməsinə səbəb olaraq isə 1968-ci il "Praqa baharı" zamanı demokratikləşmə yolunu seçmiş Çexiyaya Sovet qoşunlarının yeridilməsini göstərir. Onun sözlərinə görə, həmin hadisədən sonra sovet rejiminə inamı itib.
Beləliklə, 1974-cü ildən başlayaraq Qordiyevski "Mİ-6" kəşfiyyatına işləməyə başlayır. Bu müddətdə onun ötürdüyü məlumatlar əsasında SSRİ-nin Danimarkadakı bütün casus şəbəkəsi çökdürülür. "Mİ-6"ya Qərbdə casus fəaliyyəti göstərən onlarla sovet agentinin adı məlum olur.
Sizcə niyə bəzi sosial şəbəkə istifadəçiləri kimə gəldi mənfi rəy
Osmanlı sultanı Dəli İbrahim (1640-1648) bu sülalənin ən qəribə hökmda
Hər şey xırda şeylərdən başlayır. Xüsusi bir şey kimi görünmür, amm
Bakının Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid Nizaməddin məsci
Türkiyənin məşhur müğənnisi Aleyna Tilki geyimi ilə diqqət çəkib.
Türkiyəli aktrisa Melisa Sözen 2016-cı ildə rol aldığı Fransa istehsalı
Qərb Kiyevi NATO-ya qəbul etmirsə, Ukraynaya nüvə silahı verməli və öz
Aparıcı Leyla Mustafayeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Hər il təhsilin keyfiyyətinin artırılması ilə bağlı mütləq ki, hansı
Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Türki
"Biz Suriyaya terrorla mübarizədə lazımi dəstəyi verməyə hazırıq&
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Gözəllik mərkəzlərində bir çox prosedurlar Səhiyyə Nazirliyi tərəfind