Əminə Ərdoğan: "Suriyanın yenidən qurulmasında onların yanında olacağıq"
Digərləri 05 Fev 2025 00:15:00 73 0
Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Türkiyəyə rəsmi səfərə gələn Suriya Prezidenti Əhməd Şaranın həyat yoldaşı Latifə əl-Durubi ilə Ankarada görüş keçirib. Görüş zamanı humanitar yardımlar, qadınların gücləndirilməsi və müharibədən zərər görmüş uşaqlara dəstək məqsədilə əməkdaşlıq məsələləri müzakirə olunub. Əminə Ərdoğan Türkiyənin Suriya xalqına dəstəyinin davam edəcəyini vurğulayıb.
Bu xəbəri də oxu: Xocalının ilk körpəsi dünyaya gəldi
Görüş Prezidentlik Kompleksinin Dövlət Qonaq Evində baş tutub.
Suriya Prezidenti Əhməd Şaranın həyat yoldaşı Latifə əl-Durubi, ölkəsinin yenidən qurulması prosesində Türkiyənin dəstəyinə görə təşəkkürünü ifadə edib.
Əminə Ərdoğan: "Suriyanın inşasında Suriya xalqının yanındayıq" Əminə Ərdoğan görüşlə bağlı sosial media hesabında paylaşım edərək, Türkiyənin Suriyanın bərpasına dəstəyinin davam edəcəyini bildirib:
"Bu gün ölkəmizə rəsmi səfərə gələn Suriya Ərəb Respublikasının dəyərli birinci xanımı Latifə əl-Durubi xanımı qəbul etməkdən böyük məmnuniyyət duydum. Humanitar yardımlar, cəmiyyətin həmrəyliyi, qadınların gücləndirilməsi və təhsilin rolu kimi bir çox vacib mövzular haqqında danışdıq.
"Xüsusilə, dünyanın hər yerində müharibədən ən çox zərər çəkən qadın və uşaqlar üçün birgə atacağımız addımları müzakirə etdik. Suriyanın yenidən qurulması və yaraların sarılması prosesində Türkiyə olaraq həmişə olduğu kimi bu gün də Suriya xalqının yanında olduğumuzu bildirdim."
"Barış və sabitliyin hökm sürdüyü bir gələcəyin ortaq səylərin nəticəsində mümkün olduğuna inanıram. Bu yolda atılacaq hər addımın bölgə xalqları üçün qalıcı bir ümid olmasını arzulayıram."
Görüş, Türkiyə və Suriya arasında humanitar əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilib. Lalə Qüdrətova Son.az
"Biz Suriyaya terrorla mübarizədə lazımi dəstəyi verməyə hazırıq&
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Gözəllik mərkəzlərində bir çox prosedurlar Səhiyyə Nazirliyi tərəfind
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara il
14 fevral, "Sevgililər Günü"nə demək olar ki, az müddət qalıb.
Şalgam suyu, xüsusilə Türkiyədə məşhur olan və əsasən qara turp, kök
İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinə yeni başçı təyi
Bu həftə ulduzlar ürcün bəzi əlamətləri üçün əlverişlidir, onlara u
Başqırdıstanda iş adamı Stanislav Kulikov turistləri döyüb.
Dünən axşam keçirilən 67-ci Grammy Mükafatları mərasimində yalnız qali
2023-cü il avqustun 6-da Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü D
İsveçin Orebro şəhərində yerləşən böyüklər üçün təhsil mərkəzi