“Türkiyənin bu münasibətini heç vaxt unutmayacağıq ”
Digərləri 05 Fev 2025 00:04:00 59 0
"Biz Suriyaya terrorla mübarizədə lazımi dəstəyi verməyə hazırıq".
Bu xəbəri də oxu: 8 Noyabr prospektində avtomobilin aşmasının görüntüləri yayıldı
Son.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ankarada Suriya lideri Əhməd əl-Şaraa ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib. "Bu kritik mərhələdə, Suriyanın idarəçiliyinin suriyalıların iradəsini əks etdirəcək şəkildə daha əhatəli və birləşdirici olması vacibdir. Humanitar yardımlarla yanaşı, Suriyanın dağıdılmış şəhərlərinin və əsas infrastrukturunun yenidən qurulması üçün lazım olan dəstəyi verməyə hazırıq." deyə o, deyib.
"Suriyanın iqtisadi inkişafı sürətləndikcə, könüllü geri dönüşlər də artacaq. Bununla yanaşı, Suriyaya tətbiq edilən beynəlxalq sanksiyalar, ölkənin iqtisadi və infrastruktur baxımından ayağa qalxmasının qarşısında ciddi maneələr yaradır. Keçmiş rejimi hədəf alan bu sanksiyaların aradan qaldırılması üçün apardığımız səylər nəticəsində müəyyən yumşalmalar əldə olunub. Lakin tam nəticə əldə edilənə qədər bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik."
"Türkiyə ilə hər sahədə dərin strateji tərəfdaşlıq" Suriya Prezidenti Əhməd Şara, iki xalq arasında tarixi və güclü əlaqələrin mövcud olduğunu və bu bağların nəsillər boyu davam edəcəyinə inandıqlarını vurğulayaraq bunları deyib:
"Eyni zamanda, bu əlaqələri hər sahədə dərin strateji tərəfdaşlığa çevirmək əzmimizi bir daha ifadə edirik. Bu çərçivədə, humanitar, iqtisadi, mədəni və sosial sahələrdə birgə əməkdaşlıq prosesini başlamışıq."
"Bölgədəki təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün ortaq strategiya yaratmaqla yanaşı, digər böyük strateji məsələlər üzərində birlikdə işləyirik. Bu səylər, Suriya və Türkiyə üçün davamlı təhlükəsizlik və sabitlik təmin etməyi hədəfləyir."
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Gözəllik mərkəzlərində bir çox prosedurlar Səhiyyə Nazirliyi tərəfind
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara il
14 fevral, "Sevgililər Günü"nə demək olar ki, az müddət qalıb.
Şalgam suyu, xüsusilə Türkiyədə məşhur olan və əsasən qara turp, kök
İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinə yeni başçı təyi
Bu həftə ulduzlar ürcün bəzi əlamətləri üçün əlverişlidir, onlara u
Başqırdıstanda iş adamı Stanislav Kulikov turistləri döyüb.
Dünən axşam keçirilən 67-ci Grammy Mükafatları mərasimində yalnız qali
2023-cü il avqustun 6-da Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü D
İsveçin Orebro şəhərində yerləşən böyüklər üçün təhsil mərkəzi
Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" rake
Bakı şəhəri, Xətai rayonu, "Əhmədli" metrostansiyasının yaxı