Rövşən Mehdiyev həbsdə qaldı
Kriminal 04 Fev 2025 22:10:00 73 0
"Union Logistika" yükdaşıma şirkətinin ötən həftə əvvəl həbs edilən rəhbəri Rövşən Mehdiyev sərbəst buraxılmaq istəyir.
Bu xəbəri də oxu: 92ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı...
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət rəhbəri 4 aylıq həbs qərarından apellyasiya şikayəti verib.
Mehdiyev hesab edir ki, heç kimi aldatmayıb, sadəcə yüklərin Çindən gətirilməsində problemlər yaranıb. Bu səbəbdən həbsdə qalmasına ehtiyac yoxdur.
Bakı Apellyasiya Məhkəməsi işdə dəyişən hal olmadığını, sifarişçi sahibkarların mallarını hələ də ala bilməməsini əsas gətirərək əvvəlki qərarı dəyişməyib.
Qeyd edək ki, R.Mehdiyev tanınmış biznesmendir. Onun Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri var. O, dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinin də sədridir.
Mehdiyev "Union Logistika"nın müştəriləri qarşısındakı öhdəliyini yerinə yetirmədiyindən polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Son.az
İsveçin Orebro şəhərində yerləşən böyüklər üçün təhsil mərkəzi
Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" rake
Bakı şəhəri, Xətai rayonu, "Əhmədli" metrostansiyasının yaxı
Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus &
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb.
Qroznıdakı dispetçer 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəz
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Embraer-190" sə
Aparıcı Rövşanə Ağasəfqızı etirafı ilə diqqət çəkib.
"Əslində danışacaq çox şey yoxdur. Məni ən çox narahat edən şey,
Aktau yaxınlığında qəzaya uğraya AZAL təyyarəsi yer səthi ilə toqquşa
İsveçrənin Bazel şəhərində keçiriləcək "Avroviziya 2025" mus
Rusiyada Nijni Novqorod - Soçi reysini həyata keçirən "İkar" avia