3 milyon pulu ölkəyə qaytarmayan şəxslərin məhkəmələri başlayır
Kriminal 03 Fev 2025 15:29:00 55 0
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmamaqda təqsirləndirilən 4 şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Son.azxəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Belə ki, Quba rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs Məmmədzadə Bayram Nüsrət oğlu tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 2,2 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 3,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Bayram Məmmədzadə iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Quba rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs Məmmədzadə Qurban Nüsrət oğlu tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 516 min ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 877 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Qurban Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 208.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Vətən müharibəsi qazisi, Ağsu rayon sakini Hüseyn Hüseynli vəfat edib.
Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova vəkil əri Ramin Vəliye
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" orde
Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyya
Birinci Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İbrahim oğlu Quliyev
Moskvada baş vermiş partlayış nəticəsində yaralanan Ukraynada Rusiya tər
Türkiyə Diyanət İşləri Nazirliyi 2025-ci il Ramazan ayı üçün fitrənin
Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti bu gün Moskvaya səfə
Amerikalı milyarder, Tesla və SpaceX-in baş direktoru İlon Maskın sahibi o
Fevralın 4-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Yunanıstanda son günlər artan seysmik aktivlik səbəbi ilə Baş nazir Kiria
Əməkdar artist Nigar Şabanovanın "Kişi qadına gül yox, daha bahalı
Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədova yeni köməkçi təyi
Səhiyyə Nazirliyi yanında yaradılan Təftiş Komissiyasına müraciət müdd