Məhkəmədə boşandığını elan etdi 143 milyonluq...


Kriminal 03 Fev 2025 19:08:00 78 0

Məhkəmədə boşandığını elan etdi  143 milyonluq...

Müdafiə Nazirliyində (MN) 143 milyon manatlıq mənimsəmə faktına görə təqsirləndirilən Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb. 

Son.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən 4 şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Qeyd edək ki, hazırlıq iclasında təqsirləndirilən Cəlal Kazımovun anket məlumatları dəqiqləşdirilən zaman o, boşandığını və subay olduğunu qeyd edib.

İş üzrə onun keçmiş həyat yoldaşı və övladları məhkəməyə müraciət edərək maraqlı şəxs qismində iştirak ediblər.

Onlar özlərinə məxsus əmlakların həbsdən azad olunmasını istəyiblər.

Təqsirləndirilən Vüsal Əlizadə öz vəkilindən imtina etdiyini bildirib və dövlət hesabına vəkillə təmin olunmasını istəyib.

Cəlal Kazımov isə ümumilikdə vəkildən imtina etdiyini deyib və onun hüquqlarını hansısa vəkilin müdafiə etməsini istəməyib.

Ona izah olunub ki, vəkili olmadan proses davam etdirilə bilməz.

Məhkəmə prosesi təxirə salınıb.

Bildirilib ki, Cəlal Kazımov və Vüsal Əlizadə dövlət hesabına vəkillə təmin olunacaq. Daha sonra məhkəmənin ilkin baxış prosesi davam etdiriləcək.

Proses fevralın 17-də davam edəcək.

Qeyd edək ki,  Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Nizami Məmmədov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyandan təxminən 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Hazırda vurulmuş ziyanı ödəməkdən yayınan digər təqsirləndirilən şəxslər barədə işlərə ayrıca icraatlarda baxılır.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. /Lent.az

Tiktoker “Əfi" həbs olundu like
  • 03 Fev 19:03  
Kriminal Tiktoker “Əfi" həbs olundu

"Əfi" ləqəbli Əflatun Rüstəmov adlı "tiktoker" polis

arrow Ətraflı
Makron ABŞı bununla hədələdi like
  • 03 Fev 18:58  
Dünya Makron ABŞı bununla hədələdi

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Avropa İttifaqı (Aİ) müdaf

arrow Ətraflı
Tanınmış müğənninin əri saxlanıldı  FOTO like
  • 03 Fev 18:48  
Şou-biznes Tanınmış müğənninin əri saxlanıldı FOTO

Türkiyənin məşhur müğənnisi Merve Özbeyin əri, iş adamı Kənan Koçak

arrow Ətraflı
Süni intellekt dərman hazırlayacaq like
  • 03 Fev 18:41  
Digərləri Süni intellekt dərman hazırlayacaq

"Google" ilə birlikdə "Alphabet" holdinqinin tərkibinə d

arrow Ətraflı
Avropa İttifaqı ABŞ ilə "müharibə"yə hazırlaşır like
  • 03 Fev 18:29  
Dünya Avropa İttifaqı ABŞ ilə "müharibə"yə hazırlaşır

Avropa İttifaqı (Aİ) Avropa mallarına gömrük rüsumları tətbiq etmək ba

arrow Ətraflı
Tolikin bu sözləri göz yaşlarını "SEL" etdi  VİDEO like
  • 03 Fev 18:15  
Şou-biznes Tolikin bu sözləri göz yaşlarını "SEL" etdi VİDEO

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) "Avroviziya" təmsilçil

arrow Ətraflı
Bu yağlar ürək xəstəliyi və xərçəngə səbəb ola bilir like
  • 03 Fev 18:08  
Digərləri Bu yağlar ürək xəstəliyi və xərçəngə səbəb ola bilir

Dietoloq və qidalanma mütəxəssisi Krutika Nanavati ürək sağlamlığına z

arrow Ətraflı
Gürcüstan AŞPAdakı nümayəndə heyətini geri çağırdı like
  • 03 Fev 18:06  
Digərləri Gürcüstan AŞPAdakı nümayəndə heyətini geri çağırdı

Gürcüstan rəhbərliyi ölkənin Avropa Şurası Parlament Assambleyasındakı

arrow Ətraflı
Enerji içkisindən 20 yaşlı idmançının ürəyi dayandı   Milyonlarla insan İÇİR  FOTO like
  • 03 Fev 17:56  
Dünya Enerji içkisindən 20 yaşlı idmançının ürəyi dayandı Milyonlarla insan İÇİR FOTO

20 yaşlı idmançı Jazmin Garza idman zalında çəki qaldıran zaman "Gh

arrow Ətraflı
"ebildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq like
  • 03 Fev 17:51  
Digərləri "ebildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq

Azərbaycanda “e-rüsum” informasiya sistemi yaradılacaq

arrow Ətraflı
Bu şəxslərin maaşlarına əlavənin müddəti uzadıldı like
  • 03 Fev 17:44  
Digərləri Bu şəxslərin maaşlarına əlavənin müddəti uzadıldı

Bakıda COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqla

arrow Ətraflı
"Putin sözünün sahibidir, etibar edə bilərik" like
  • 03 Fev 17:40  
Dünya "Putin sözünün sahibidir, etibar edə bilərik"

Rusiya Prezidenti Vladimir Putin Brüsseldən fərqli olaraq, həmişə verdiyi

arrow Ətraflı
Gəncə Dövlət Filarmoniyasinda "Gənclər günü"nə həsr olunmuş sərgi baş tutub  FOTO like
  • 03 Fev 17:39  
Kriminal Gəncə Dövlət Filarmoniyasinda "Gənclər günü"nə həsr olunmuş sərgi baş tutub FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində 2

arrow Ətraflı
Bakıda bu ərazidə yeni yol çəkilir  FOTOlar like
  • 03 Fev 17:18  
Digərləri Bakıda bu ərazidə yeni yol çəkilir FOTOlar

Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolu

arrow Ətraflı