Bakıda bu ərazidə yeni yol çəkilir FOTOlar


Digərləri 03 Fev 2025 17:18:00 72 0

Bakıda bu ərazidə yeni yol çəkilir  FOTOlar

Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işlərinə start verilib.

Son.az AAYDA-ya istinadən xəbər verir ki, yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir.

Dövlət Proqramına uyğun olaraq, yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3.9 km təşkil edəcək. Layihəyə uyğun olaraq, avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur.

Yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq "Ulduz" metrostansiyasının yaxınlığından keçərək, Ələsgər Qayıbov küçəsindən 1240 metr uzunluğa malik tunel vasitəsilə mövcud metro və dəmir yolu xəttlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır. Buradan isə Yusif Vəzir Çəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək, Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əiyev küçəsinədək davam edir. Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, artıq ərazidə tikintiyə başlanılması üçün hazırlıq işləri gedir.

Layihə çərçivəsində "Ulduz" metrostansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində, Bakmil metrostansiyası yaxınlığında və Əliyar Əliyev küçələrində mobilizasiya-demobilizasiya işləri yerinə yetirilib, tikinti altına düşən maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, müəyyən hissələrdə yararsız qruntun qazılaraq kənarlaşdırılması və rekultivasiya işləri, həmçinin zəruri ərazilərdə dəmir-beton svayların vurulması yerinə yetirilir, layihənin 3-cü km-lik hissəsində yeralti piyada keçidi inşa edilir.

Layihəyə uyğun olaraq Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında da tikinti işlərinə start verilib. Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Artıq tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə təzminat ödənilməklə söküntü işlərinə də start verilib. Yeni inşa edilən yol boyu tikinti altına düşən digər maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) qiymətləndirilməsi işləri həyata keçirilib və sənədləri hazırlanaraq təzminat ödənilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Bundan başqa, 20 keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı peşə məktəbi də yolun tikintisi altına düşdüyü üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə onların qısa müddətdə başqa yerə köçürülməsinə köməklik göstərilməsi üçün müraciət olunub.

Dövlət əhəmiyyətli yeni infrastruktur layihəsinin icrası zamanı ətraf mühitə və yaşıllıqlara təsirlərin maksimum dərəcədə azaldılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə monitorinqlər aparılır, movcud vəziyyət qiymətləndirilir.

Mütəxəssislərlə birgə həyata keçirilən fəaliyyət nəticəsində yaşıllıqlara dəyən ziyanın minimuma endirilməsi, uyğun ərazilərə yaşıllıqların köçürülməsi, təbiətə dəyən ziyanın bərpa dəyərinin ödənilməsi və əvvəlki həcmindən daha çox sayda yeni yaşıllıq zolaqlarının salınması üçün plan-proqram işlənib hazırlanır.

Mask Trampın seçilməsi üçün bu qədər milyonundan olub like
  • 03 Fev 17:10  
Dünya Mask Trampın seçilməsi üçün bu qədər milyonundan olub

Dünyanın ən varlı adamı, amerikalı milyarder İlon Mask keçən il ABŞ-ni

arrow Ətraflı
5 məntəqədə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv olundu like
  • 03 Fev 17:05  
Digərləri 5 məntəqədə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv olundu

81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqəl�

arrow Ətraflı
Türkiyədə xəstəxana yanır like
  • 03 Fev 17:04  
Digərləri Türkiyədə xəstəxana yanır

İsmət İnönü rayonunda özəl xəstəxananın reanimasiya şöbəsində nam�

arrow Ətraflı
Bu maşınlar da operativ nəqliyyat vasitəsi sayılacaq like
  • 03 Fev 16:58  
Digərləri Bu maşınlar da operativ nəqliyyat vasitəsi sayılacaq

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respu

arrow Ətraflı
Xatirə kommunal borcunu ÖDƏMİR: məbləğ ŞOK etdi like
  • 03 Fev 16:27  
Şou-biznes Xatirə kommunal borcunu ÖDƏMİR: məbləğ ŞOK etdi

Müğənni Xatirə İslamın kommunal borcunu ödəmədiyi üzə çıxıb.

arrow Ətraflı
Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək  FOTO like
  • 03 Fev 16:16  
Digərləri Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək FOTO

Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" ilə bağlı yubil

arrow Ətraflı
Azərbaycanın Eritreyada saxlanılan 3 gəmisi ilə bağlı XƏBƏR VAR like
  • 03 Fev 15:59  
Digərləri Azərbaycanın Eritreyada saxlanılan 3 gəmisi ilə bağlı XƏBƏR VAR

Azərbaycanın Eritreyada saxlanılan üç gəmisi hələ də buraxılmayıb.

arrow Ətraflı
Baş Prokurorluğa yeni səlahiyyət verilir like
  • 03 Fev 15:54  
Digərləri Baş Prokurorluğa yeni səlahiyyət verilir

Azərbaycan Respublikası Baş Prokurorluğuna yeni səlahiyyət veriləcək.

arrow Ətraflı
Fevralın 1dən minimum pensiya məbləği bu qədər olacaq like
  • 03 Fev 15:49  
Digərləri Fevralın 1dən minimum pensiya məbləği bu qədər olacaq

Fevralın 1-dən əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 man

arrow Ətraflı
1 il 5 ay Sumqayıtda çalışdı, indi isə ADNSUnun rektoru olacaq  Rüfət Əzizov kimdir? – like
  • 03 Fev 15:44  
Digərləri 1 il 5 ay Sumqayıtda çalışdı, indi isə ADNSUnun rektoru olacaq Rüfət Əzizov kimdir? –

Xəbər verdiyimiz kimi, Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rekt

arrow Ətraflı
Mine Tugay xəstəxanaya yatırıldı like
  • 03 Fev 15:42  
Şou-biznes Mine Tugay xəstəxanaya yatırıldı

46 yaşlı aktrisa Mine Tugay xəstəxanaya yatırılıb.

arrow Ətraflı
Prezident “Yol hərəkəti haqqında” Qanun imzaladı like
  • 03 Fev 15:40  
Siyasət Prezident “Yol hərəkəti haqqında” Qanun imzaladı

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respu

arrow Ətraflı
Rüfət Əzizov vəzifəsindən azad edildi  Yeni TƏYİNAT like
  • 03 Fev 15:35  
Digərləri Rüfət Əzizov vəzifəsindən azad edildi Yeni TƏYİNAT

Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad

arrow Ətraflı
9 aptekdə nöqsanlar aşkarlandı like
  • 03 Fev 15:33  
Digərləri 9 aptekdə nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin yan

arrow Ətraflı