Azərbaycanın Eritreyada saxlanılan 3 gəmisi ilə bağlı XƏBƏR VAR
Digərləri 03 Fev 2025 15:59:00 79 0
Azərbaycanın Eritreyada saxlanılan üç gəmisi hələ də buraxılmayıb.
Bu xəbəri də oxu: “Keşlə bazar belə sökülür
Son.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Caspian Marine Services B.V." şirkətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan gəmilərindəki heyət üzvləri ilə mütəmadi olaraq əlaqə saxlanılır: "Onların hər birinin vəziyyəti yaxşıdır. Heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar".
Eyni zamanda, Xarici İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı bir yenilik yoxdur. Daha öncə də XİN-dən bu istiqamətdə danışıqların davam etdirildiyi qeyd edilmişdi.
Xatırladaq ki, 2024-cü il noyabrın 7-də "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.
Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
Azərbaycan Respublikası Baş Prokurorluğuna yeni səlahiyyət veriləcək.
Fevralın 1-dən əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 man
Xəbər verdiyimiz kimi, Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rekt
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respu
Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad
Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd ediləcək.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin yan
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlər
Vətən müharibəsi qazisi, Ağsu rayon sakini Hüseyn Hüseynli vəfat edib.
Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova vəkil əri Ramin Vəliye
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" orde
Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyya
Birinci Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İbrahim oğlu Quliyev
Moskvada baş vermiş partlayış nəticəsində yaralanan Ukraynada Rusiya tər