Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlanıb


Digərləri 07 Fev 2024 07:30:00 1580 0

Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlanıb

Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlanıb.

Son.az report.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Qarabağ Universitetinin Nizamnaməsi"ndə əksini tapıb.

Universitet aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, "Təhsil haqqında", "Elm haqqında", "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq idarə edilir.

Nizamnaməyə əsasən, Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə ilə müəyyən olunur.

Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır.

Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Nazirliyin təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.

Universitetdə tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.

Universitetin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.

Rektor Universitetin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, Universitetin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.

Universitetin 5 (beş) prorektoru var. Universitetin prorektorlarının sayı Nazirliklə razılaşdırılmaqla dəyişdirilə bilər. Prorektorlar Universitetin rektorunun təqdimatı əsasında Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Nazirliyin müəyyən etdiyi prorektor həyata keçirir.

Universitet təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. Universitetin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Üç bürcə XƏBƏRDARLIQ: Sağlamlığınız risk altındadır like
  • 07 Fev 07:20  
Digərləri Üç bürcə XƏBƏRDARLIQ: Sağlamlığınız risk altındadır

Astroloqlar fevral ayında sağlamlıqlarına daha çox diqqət yetirməli olan

arrow Ətraflı
Yer kürəsində temperaturun nə qədər artdığı like
  • 07 Fev 07:07  
Dünya Yer kürəsində temperaturun nə qədər artdığı

Avstraliya və ABŞ okeanoloqları qədim dəniz süngərlərinin tədqiqi nəti

arrow Ətraflı
ABŞda "Azərbaycan və enerji təhlükəsizliyi" iclası keçirildi like
  • 07 Fev 07:00  
Digərləri ABŞda "Azərbaycan və enerji təhlükəsizliyi" iclası keçirildi

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və Birləşmiş Ştatlar

arrow Ətraflı
Rusiya 3 ölkənin diplomatını çağırıb, hədələdi like
  • 07 Fev 06:50  
Dünya Rusiya 3 ölkənin diplomatını çağırıb, hədələdi

Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici �

arrow Ətraflı
Bakıda bir əsrdən çox yaşı olan bina qəzalı vəziyyətdədir  VİDEO like
  • 07 Fev 06:40  
Digərləri Bakıda bir əsrdən çox yaşı olan bina qəzalı vəziyyətdədir VİDEO

Bakıda bir əsrdən çox yaşı olan və qəzalı vəziyyətə düşmüş bin

arrow Ətraflı
İsrail yeni razılaşma ilə bağlı HƏMASdan cavab alır like
  • 07 Fev 06:20  
Dünya İsrail yeni razılaşma ilə bağlı HƏMASdan cavab alır

İsrailin kəşfiyyat xidməti "Mossad" Qətərin vasitəçiliyi ilə

arrow Ətraflı
Zelenski Qrossi ilə Zaporojye AESin demilitarizasiyasını müzakirə edib like
  • 07 Fev 06:10  
Dünya Zelenski Qrossi ilə Zaporojye AESin demilitarizasiyasını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski da Atom Enerjisi üzrə Beynəlxalq Agentl

arrow Ətraflı
“Barda striptiz oynayanlar gəlib müğənni olurlar”  Qalmaqallı iddia like
  • 07 Fev 06:06  
Şou-biznes “Barda striptiz oynayanlar gəlib müğənni olurlar” Qalmaqallı iddia

Uzun illər sonra efirə çıxan müğənni Mənsumə Əliyeva od püskürüb.

arrow Ətraflı
Manana obyektiv qarşısında like
  • 07 Fev 05:05  
Şou-biznes Manana obyektiv qarşısında

Əməkdar artist Manana Çaparidze obyektiv qarşısına keçib. 

arrow Ətraflı
"iPhone" satışları bu il azala bilər: like
  • 07 Fev 03:03  
Digərləri "iPhone" satışları bu il azala bilər:

Bu il Çində bu smartfonlara tələbatın azalması nəticəsində "iPhone

arrow Ətraflı
37 yaşlı model şəffaf geyim nümayiş etdirdi  FOTO like
  • 07 Fev 02:02  
Şou-biznes 37 yaşlı model şəffaf geyim nümayiş etdirdi FOTO

Amerikalı aktrisa və model Meqan Foks açıq-saçıq geyimdə fotolar paylaş

arrow Ətraflı
Qəzada ölən gənc Tunar Məmmədov imiş like
  • 07 Fev 01:04  
Digərləri Qəzada ölən gənc Tunar Məmmədov imiş

Yevlaxda faciəli surətdə həlak olan Tunar Məmmədovun 2020-ci ilin Vətən

arrow Ətraflı
Naxçıvanda nə üçün inşa edildiyi dəqiq bilinməyən sirli tikili  VİDEO like
  • 07 Fev 01:01  
Digərləri Naxçıvanda nə üçün inşa edildiyi dəqiq bilinməyən sirli tikili VİDEO

Naxçıvanda XV əsrə aid olan abidə Xanəgah sakinləri tərəfindən "

arrow Ətraflı
Çilinin sabiq prezidenti helikopter qəzasında həlak oldu like
  • 07 Fev 00:58  
Dünya Çilinin sabiq prezidenti helikopter qəzasında həlak oldu

Çilinin keçmiş prezidenti Sebastyan Pinyera ölkənin cənubunda helikopter q

arrow Ətraflı