Fransada islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik
Siyasət 15 Mar 2023 09:58:00 287 0
Cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır.
Bu xəbəri də oxu: Prezident Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Fransada biz islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik. Mən boş yerə Fransanın adını çəkmədim. Çünki Fransada hazırda 5 milyon müsəlman yaşayır. Müsəlmanlıq bəzi cəmiyyətlərdə marginallaşdırılır. Lakin bu, cəmiyyətlərdə dini ayrı-seçkiliyin təməlini atan əsas səbəblərdəndir", - deyə o əlavə edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Son.az
İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq. Biz birlikdə İslam
Bakıda avtobusların birində iki sərnişin arasında mübahisə dava ilə nə
Aktrisa Lindsi Lohan ilk dəfə ana olacağını açıqlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlər
Türkiyəli aktyor Haluk Bilginer xəstəxanadan evə buraxılıb.
Müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Fransa dünyada soyqırım cinayətlərini yayan irqçiliyi dövlət siyasətin�
Rusiyanın Su-27 qırıcısının ABŞ-ın kəşfiyyatçı "İHA MQ-9 Reape
Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində "Kamranla 1" veri
Ekspert: "Bundan sonra bir sıra şirkətlərin də iflası mümkündür, l
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi s
Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ailəsinə "Hayd Park&quo