Seyid Cəfər Ağayi Məryan XİNə çağırıldı
Siyasət 01 Yan 2025 14:19:00 102 0
1 yanvar 2025-ci il tarixində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Son.az bildirir ki, görüş zamanı, 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
Bu xəbəri də oxu: Miqrasiya Məcəlləsi qarşılılıq prinsipini rəhbər tutur
Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.
İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub.
Ölkəmizə qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.
Ötən gecə 2025-ci ili qarşılayan Sidneydən Londona kimi dünyanın bütün
Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb.
Bəzi əcnəbilər Rusiyada olmağı təhlükəli hesab edirlər. Düşünürlə
Robot itlər tədricən universal işçilər rolunu oynamağa başlayıb.
Bakı-Sumqayıt yolunda, DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığ
Bakı şəhərinin Xəzər rayonunda "Toyota" markalı minik avtomobil
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin dəyişk�
Türkiyəli məşhur aktrisa müsahibə zamanı əsəbiləşib.
Berlində bir nəfər yoldan keçənlərə bıçaqla hücum edib.
2024-cü il Azərbaycan üçün əzmkarlıq, zəfər və qürur ili kimi tarixə
""Vergi Məcəlləsinə" edilən yeni dəyişikliklər əsasən,
İlan ili qədim Şərq təqvimində və xüsusilə Çin mədəniyyətində 12 i
Türkiyədə "Santa Klaus"un məzarı olması ehtimal edilən sərdab�
Duman səbəbindən Bosfor boğazından hər iki istiqamətdə gəmilərin hər�