Prezident Ərdoğana başsağlığı məktubu ünvanladı
Siyasət 05 Fev 2025 14:39:00 69 0
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Paşinayn: Ermənistan buna hazırdır
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.
Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrdən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.
Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.
"Bir millət iki dövlət" prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.
Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Türkiyədə tibb mütəxəssisləri sosial mediada satılan və həkim nəzarə
Dünən Bakının mərkəzində müxtəlif ünvanlardan 3 nəfərin meyiti tapı
İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya ilə münaqişə zamanı
İsrail Baş naziri Benyamin Netanyahu girovların geri aldıqdan sonra Qəzzada
Türkiyədə yanvarın 21-də Grand Kartal otelində baş verən yanğınla bağ
"Dostlar, gündəlik mövzularınızdan uzaq da fikir bildirməyinizi xahi�
Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslamın 960 manat kommunal borcunu
ABŞ-nin sabiq prezidenti Co Bayden yaradıcı peşə sahiblərinin maraqların�
ABŞ Prezidenti Donald Trampın administrasiyası məhkəməyə verilib.
Müğənni Hiss "İncə səhər"-ə maraqlı açıqlamalar verib.
ABŞ Prezidenti Donald Trampın Ukraynanı NATO-ya cəlb etmək səhvi ilə bağ
ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a gedən İsra