Bu şəxslərin ödədiyi vergi 4 dəfə azaldılır
Digərləri 01 Yan 2025 13:14:00 75 0
""Vergi Məcəlləsinə" edilən yeni dəyişikliklər əsasən, bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə bu gündən 75 faiz güzəşt tətbiq olunmağa başlanıldı".
Bu xəbəri də oxu: 3 nəfərin öldüyü qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
Son.az xəbər verir ki, bu sözləri iqtisadi ekspert deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, dəyişikliklərlə proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s. istiqamətlər üzrə vergi güzəşti tətbiqinə start verildi:
"Yəni, VÖEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən bu gündən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək. Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır.
Bu halda, o gəlirindən bu ildən etibarən 2024-cü ildə olduğu kimi 600 manat deyil (3000 manat X 0.20), cəmi 150 manat (3000 manat X 0.05) vergi ödəyəcək. Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur.
Yeni qaydalar mikro sahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab olunur. Bu qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər".
İlan ili qədim Şərq təqvimində və xüsusilə Çin mədəniyyətində 12 i
Türkiyədə "Santa Klaus"un məzarı olması ehtimal edilən sərdab�
Duman səbəbindən Bosfor boğazından hər iki istiqamətdə gəmilərin hər�
Ukrayna tərəfinin Rusiya qazının öz ərazisindən Avropaya tranzitinə dair
Müğənni Sevda Yahyayeva evindən ailəsi ilə birgə bayram fotosunu yayıb.
15 gün istifadə etdikləri qaza görə 12 min manat borc yazılıb.
Türkiyə ekranlarının məşhur proqramı "Beyaz Şou" yenidən yay�
"Bayram günlərində qidalanma rejimində edilən səhvlər sağlamlıq pr
Hər il olduğu kimi 2024-cü ilin sonunda da qaz sayğaclarında limitlərin ye
İtaliyanın dəb və maliyyə paytaxtı sayılan Milan şəhərində ictimai ye
ABŞ prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harris arasında münasi
Dünyadakı müxtəlif mədəniyyətlər özləri ilə fərqli inancları da gə
Rusiyada məşhurlaşan Hüseyn Həsənov ən pis vərdişindən xilas olduğunu