Televiziyalara yeni tələb: işarət dili də olacaq


Digərləri 05 Fev 2025 14:47:00 48 0

Televiziyalara yeni tələb: işarət dili də olacaq

Əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Son.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Bu Qanunda istifadə olunan anlayışlara Azərbaycan işarət dili də əlavə olunub.

Layihəyə əsasən, Azərbaycan işarət dili - eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsi deməkdir. 

Qanuna əlavə edilən yeni 12-1-ci maddəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir.

- Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır.

- Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər.

- Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər.

- Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

Qeyd edilib ki, Qanun layihəsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanmışdır. Dəyişikliklərə əsasən bir sıra qanunlarda "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri  ilə əvəz edilib.

Həmçinin layihədə təqdim olunan dəyişikliklərə əsasən, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna "Azərbaycan işarət dili" anlayışı və əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədilə "Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması" məzmununda yeni 12-1-ci maddə əlavə olunması nəzərdə tutulub.

Bütövlükdə qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının "Əlilliyi olan şəxslərin hüquqları haqqında" 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, normativ tənzimləmədə kolliziyanın yaranmamasını və nəticədə qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi  təmin edəcəkdir.

İlham Əliyev: Azərbaycanın Türkiyənin yanında olmağından böyük qürur hissi duyuruq like
  • 05 Fev 14:43  
Siyasət İlham Əliyev: Azərbaycanın Türkiyənin yanında olmağından böyük qürur hissi duyuruq

İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində

arrow Ətraflı
İstanbulun qarı Bakıya da yağacaq? like
  • 05 Fev 14:42  
Digərləri İstanbulun qarı Bakıya da yağacaq?

Türkiyənin İstanbul şəhərində fevralın 6-sı günortadan etibarən fevra

arrow Ətraflı
Prezident Ərdoğana başsağlığı məktubu ünvanladı like
  • 05 Fev 14:39  
Siyasət Prezident Ərdoğana başsağlığı məktubu ünvanladı

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib �

arrow Ətraflı
Uşaqları gözləyən ölümcül TƏHLÜKƏ: nəzarətsiz satılan "sarı serum" can alır  FOTO like
  • 05 Fev 14:32  
Digərləri Uşaqları gözləyən ölümcül TƏHLÜKƏ: nəzarətsiz satılan "sarı serum" can alır FOTO

Türkiyədə tibb mütəxəssisləri sosial mediada satılan və həkim nəzarə

arrow Ətraflı
"Peşmanam ki, qızım tək oldu"  VİDEO like
  • 05 Fev 14:22  
Şou-biznes "Peşmanam ki, qızım tək oldu" VİDEO

Teleaparıcı Rövşanə Ağasəfqızı qızından danışıb.

arrow Ətraflı
Bakıda mərkəzdə 3 nəfərin meyiti tapıldı like
  • 05 Fev 14:20  
Digərləri Bakıda mərkəzdə 3 nəfərin meyiti tapıldı

Dünən Bakının mərkəzində müxtəlif ünvanlardan 3 nəfərin meyiti tapı

arrow Ətraflı
Bu rayonlarda qaz olmayacaq like
  • 05 Fev 14:15  
Digərləri Bu rayonlarda qaz olmayacaq

İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Zelenskidən acı ETİRAF like
  • 05 Fev 14:12  
Dünya Zelenskidən acı ETİRAF

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya ilə münaqişə zamanı

arrow Ətraflı
"ABŞnin bu təklifi qəbuledilməzdir" like
  • 05 Fev 14:11  
Digərləri "ABŞnin bu təklifi qəbuledilməzdir"

İsrail Baş naziri Benyamin Netanyahu girovların geri aldıqdan sonra Qəzzada

arrow Ətraflı
Türkiyədə yanan otellə bağlı yeni XƏBƏR like
  • 05 Fev 14:02  
Digərləri Türkiyədə yanan otellə bağlı yeni XƏBƏR

Türkiyədə yanvarın 21-də Grand Kartal otelində baş verən yanğınla bağ

arrow Ətraflı
“Marketlərdə satılan düyülər plastikdən hazırlanır” like
  • 05 Fev 14:01  
Şou-biznes “Marketlərdə satılan düyülər plastikdən hazırlanır”

"Dostlar, gündəlik mövzularınızdan uzaq da fikir bildirməyinizi xahi�

arrow Ətraflı
Kommunal ödəyənlərin DİQQƏTİNƏ: Bu, yanlışdır like
  • 05 Fev 13:54  
Digərləri Kommunal ödəyənlərin DİQQƏTİNƏ: Bu, yanlışdır

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslamın 960 manat kommunal borcunu

arrow Ətraflı
Bayden özünə İŞ TAPDI: müqavilə imzalayıb  FOTO like
  • 05 Fev 13:46  
Dünya Bayden özünə İŞ TAPDI: müqavilə imzalayıb FOTO

ABŞ-nin sabiq prezidenti Co Bayden yaradıcı peşə sahiblərinin maraqların�

arrow Ətraflı
Tramp Administrasiyası məhkəməyə verildi like
  • 05 Fev 13:40  
Dünya Tramp Administrasiyası məhkəməyə verildi

ABŞ Prezidenti Donald Trampın administrasiyası məhkəməyə verilib.

arrow Ətraflı
"Özümü gəlinlikdə təsəvvür etmirəm, toy, ailə mənlik deyil"  VİDEO like
  • 05 Fev 13:33  
Şou-biznes "Özümü gəlinlikdə təsəvvür etmirəm, toy, ailə mənlik deyil" VİDEO

Müğənni Hiss "İncə səhər"-ə maraqlı açıqlamalar verib.

arrow Ətraflı