Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş hesab edir


Siyasət 15 Mar 2023 10:00:00 197 0

Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş hesab edir

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin martın 13-də Almaniya səfəri də təsadüfi deyildi. Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanları, etibarlı tərəfdaş kimi qəbul edilməsi, Avropa İttifaqı və ona üzv ölkələrlə artan işbirliyi Berlin-Bakı əməkdaşlığının genişləndirilməsinə real zəmin yaradıb

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. Prezident İlham Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə isə işgüzar səfər edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş tutub və dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Ötən il fevralın 15-də Prezident İlham Əliyev Almaniya Prezidenti Frank Valter Ştaynmayeri yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Eləcə də bu il yanvarın 13-də iki ölkənin prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Səfər zamanı dövlət başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi, eləcə də Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olundu.

Görüşlərdə səsləndirilən fikirlər, Azərbaycana və onun Prezidentinə olan etimad sübut edir ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.

Prezident İlham Əliyevin bu səfəri Azərbaycanla Almaniya arasında münasibətləri yeni inkişaf mərhələsinə çıxardı, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranmış oldu.

Azərbaycan və Almaniya arasında müqavilə-hüquq bazası olduqca genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb.

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın "Uniper" şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına çatdırır. "Uniper" şirkəti Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli qaz alışı layihəsidir (2020-2045). Bu günə qədər "Azərbaycan Qaz Təchizatı" şirkəti tərəfindən "Uniper"ə 3,1 milyard kubmetr qaz təchiz olunub. Bundan əlavə, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 1,764,5 min ton xam neft ixrac edilib.

İki ölkə arasında mövcud əlaqələr olduqca geniş və çox əhatəlidir, ölkə başçısının bu səfəri növbəti dəfə Azərbaycana Avropada olan etimadın yüksək olduğunu, onun etibarlı tərəfdaş kimi qəbul edildiyini bəyan edir. Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra regionda yaranmış yeni reallıq güc mərkəzi dövlətlər tərəfindən qəbul olunur.

Son.az 

Fransada islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik like
  • 15 Mar 09:58  
Siyasət Fransada islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik

Cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır.

arrow Ətraflı
İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq like
  • 15 Mar 09:56  
Siyasət İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq

İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq. Biz birlikdə İslam

arrow Ətraflı
Bakıda avtobusda dava görün nə üstündə düşüb like
  • 15 Mar 09:54  
Digərləri Bakıda avtobusda dava görün nə üstündə düşüb

Bakıda avtobusların birində iki sərnişin arasında mübahisə dava ilə nə

arrow Ətraflı
36 yaşlı aktrisa ilk dəfə ana olacaq like
  • 15 Mar 09:47  
Şou-biznes 36 yaşlı aktrisa ilk dəfə ana olacaq

Aktrisa Lindsi Lohan ilk dəfə ana olacağını açıqlayıb.

arrow Ətraflı
Bakıda 12 yaşlı oğlan itkin düşüb like
  • 15 Mar 09:40  
Digərləri Bakıda 12 yaşlı oğlan itkin düşüb

Bakıda 12 yaşlı oğlan itkin düşüb.

arrow Ətraflı
Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans işinə başlayıb like
  • 15 Mar 09:34  
Siyasət Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans işinə başlayıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlər

arrow Ətraflı
Xəstəxanaya yerləşdirilən aktyorun səhhəti necədir? like
  • 15 Mar 09:27  
Şou-biznes Xəstəxanaya yerləşdirilən aktyorun səhhəti necədir?

Türkiyəli aktyor Haluk Bilginer xəstəxanadan evə buraxılıb.

arrow Ətraflı
Dilarə əsəbiləşdiyindən oğlanı döyüb like
  • 15 Mar 09:14  
Şou-biznes Dilarə əsəbiləşdiyindən oğlanı döyüb

Müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
“Ekoloji cinayətə son” like
  • 15 Mar 09:09  
Siyasət “Ekoloji cinayətə son”

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Fransa dünyaya qarşı: bu xalqı məhv edir like
  • 15 Mar 08:59  
Dünya Fransa dünyaya qarşı: bu xalqı məhv edir

Fransa dünyada soyqırım cinayətlərini yayan irqçiliyi dövlət siyasətin�

arrow Ətraflı
Ekspertdən şok: Rusiya qırıcısı qəsdən dronla toqquşub! like
  • 15 Mar 08:49  
Dünya Ekspertdən şok: Rusiya qırıcısı qəsdən dronla toqquşub!

Rusiyanın Su-27 qırıcısının ABŞ-ın kəşfiyyatçı "İHA MQ-9 Reape

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 15 Mar 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Efirdə arvad axtaranlara dəstək verənlər və tənqid edənlər... like
  • 15 Mar 08:40  
Digərləri Efirdə arvad axtaranlara dəstək verənlər və tənqid edənlər...

Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində "Kamranla 1" veri

arrow Ətraflı
ABŞ bankları batır  manat dolları “yeyəcək?” like
  • 15 Mar 08:33  
Digərləri ABŞ bankları batır manat dolları “yeyəcək?”

Ekspert: "Bundan sonra bir sıra şirkətlərin də iflası mümkündür, l

arrow Ətraflı
Yollarda sıxlıq yaranıb like
  • 15 Mar 08:27  
Digərləri Yollarda sıxlıq yaranıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi s

arrow Ətraflı