“Konyak diplomatiyası” İŞ BAŞINDA


Digərləri 15 Mar 2023 11:50:00 183 0

“Konyak diplomatiyası” İŞ BAŞINDA

Rusiya orbitindən sürətlə uzaqlaşan Ermənistan elə həmin templə də Qərbə doğru irəliləməkdədir. Kremlin narazılığına və hədələrinə baxmayaraq Azərbaycan-Ermənistan sərhəddində müşahidəçilərini yerləşdirməyə nail olan rəsmi İrəvan ardınca avropalı siyasilərin, rəsmilərin və keçmiş diplomatların ölkəyə səfərlərinin sayını da artırıb. 90-cı illərin ənənəvi "konyak diplomatiyası" işə düşüb.

Düzdür, o zamanlar bu siyasət daha çox ruslarla bağlı həyata keçirilirdi. Forpost ölkə yüzillik sahibindən üz döndərib və Avropaya qucaq açıb. Artıq erməni lobbisindən yemlənən avopalı siyasilərin sırasına daha bir nəfər də daxil olub. Necə deyərlər, ermənilərin ənənəvi "konyak diplomatiyası" öz işini görməkdədir. NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin erməni lobbisindən aldığı vəsaitin həcmi o qədər yüksək olub ki, əndazəni tamamilə aşıb və Azərbaycanı hədələməyə keçib.

İddia edib ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Qarabağı blokadada saxlamaqda davam edir. İndiki şəraitdə Aİ Azərbaycana təzyiqlərini artırmalıdır. Laçın yolunun "blokadada" olduğu iddiasını sübut etmək üçün avropalıları sərhəddə yolun başlandığı yerə aparmaqda davam edən Ermənistan ABŞ səfiri Kristina Kvindən sonra İrəvanda səfərdə olan NATO-nun keçmiş baş katibi Anders Foq Rasmusseni bölgəyə aparıb. Hətta "Qarabağa qayıda bilməyən" ermənilərlə görüşü də təşkil edilib, halbuki yoldan mülki şəxslərin və yüklərin keçidində heç bir problem yoxdur. Rasmussenlə görüşən ermənilər də ya Qarabağda yaşayanlar deyil, ya da İrəvan tərəfindən belə hallarda istifadə edilmək üçün saxlanılanlardır.

Rasmussen artıq erməni lobbisinin "cibindədir"

Ermənistanda səfərdə olarkən qərəzli və çirkin iftiraları ilə diqqət çəkib. Baş nazir Nikol Paşinyan, müdafiə naziri Suren Papikyan, eləcə də Ermənistan KİV-lərinin baş redaktorları ilə görüşdən sonra bu tanınmış rusofob və maliyyə avantürist anti-Azərbaycan iftiraları ilə gündəmə düşməyə çalışıb. Səfərin diqqət çəkən məqamı ondan ibarətdir ki, hazırda Rasmussen qeyri-rəsmi, eyni zamanda Qərb üçün çox incə funksiyaları yerinə yetirir. Deməli, Rasmussenin çamadanında çox güman ki, erməni tərəfinə hansısa təklif və tələblər olub: Azərbaycanla bağlı problemlərdə dəstək müqabilində Rusiya ilə ayrı oyun oynamaq. Ermənistan ordusunu maliyyələşdirmək müqabilində qoşunların Ermənistan ərazisindən çıxarılmasına qədər Rusiya ilə bağlı bütün layihələrdən imtina edilməsi. Sirr deyil ki, keçmiş baş katib Ermənistan tərəfindən PR nümayəndə müəyyən olunub, ona böyük həcmdə pullar ödənilib və hətta Ermənistanda eyş işrət məclisləri də təşkil olunur. Necə deyərlər, Rasmussen artıq erməni lobbisinin "cibindədir".

NATO-nin keçmiş baş katibi və çirkli pullar

Və nəhayət, Rasmussenin şəxsiyyəti haqqında bir neçə kəlmə yazmaq istərdik. Bu ilin mart ayının əvvəlində, demək olar ki, Rusiya Baş Prokurorluğu bu yaxınlarda eyni Anders Foq Rasmussenin adının çəkildiyi müəyyən bir cinayət "qara pulun Latviya tranziti"nin üstünü açıb. Məhz arbitrajda iştirak edən Rusiya Federasiyasının Baş Prokurorluğu 15 milyon avro dəyərində aktivlərin xaricə köçürülməsinin qarşısını alıb. Müflis Latviya PNB Bankasının inzibatçısı onları alacağını gözləyirdi. Maliyyə strukturunun son benefisiarı əvvəllər iş adamı Qriqori Quselnikov, bankın idarə heyətinin sədr müavini isə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen olub.

Məsələnin siyasi tərəfi odur ki, Rasmussen NATO infrastrukturunun Ermənistana gətirilməsinə cavabdeh olacaq. KTMT üzvü olan Ermənistanın bu hərəkəti çox güman ki qiymətini alacaq. Kreml müttəfiqinə bu xəyanətini bağışlamayacaq. Ermənistan artıq Rusiyadan uzaqlaşma kursunu gücləndirib. Bunu İrəvanın KTMT-də işləməkdən imtina silsiləsi sübut edir: birincisi, Paşinyan KTMT-nin İrəvan sammitinin sənədlərini imzalamır, sonra respublika təşkilatın öz ərazisindəki təlimlərini ləğv edir, ardınca baş katibin müavini vəzifəsindən imtina edir.

Azər Nuriyev Son.az

Özbaşına fərdi ev tikən fiziki şəxslər like
  • 15 Mar 11:44  
Digərləri Özbaşına fərdi ev tikən fiziki şəxslər

Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.

arrow Ətraflı
Düşmən yenə Xocalı və Xocavəndi atəşə tutdu like
  • 15 Mar 11:42  
Siyasət Düşmən yenə Xocalı və Xocavəndi atəşə tutdu

Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutul

arrow Ətraflı
Xalq artistinin nəvəsi Moskvadakı bağ evini 5 milyon manata satır like
  • 15 Mar 11:22  
Şou-biznes Xalq artistinin nəvəsi Moskvadakı bağ evini 5 milyon manata satır

Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita

arrow Ətraflı
İsveç və Fransada islamofobiyanın təzahürləri artmaqdadır like
  • 15 Mar 10:27  
Siyasət İsveç və Fransada islamofobiyanın təzahürləri artmaqdadır

Müsəlmanlara qarşı şifahi və fiziki təhdidlər ifadə olunur.

arrow Ətraflı
Casusluq edən xarici ölkə vətəndaşı həbs edildi like
  • 15 Mar 10:22  
Siyasət Casusluq edən xarici ölkə vətəndaşı həbs edildi

Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi üzrə apa

arrow Ətraflı
Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər like
  • 15 Mar 10:18  
Siyasət Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın Vaşinqton səfəri çərçivə

arrow Ətraflı
Simonyandan Paşinyana: like
  • 15 Mar 10:16  
Dünya Simonyandan Paşinyana:

Dəhliz haqqında heç vaxt heç nə deməmişəm. Şəxsən Paşinyan haqqında

arrow Ətraflı
Din adamları islamofobiyaya qarşı öz səslərini yüksəltməlidirlər like
  • 15 Mar 10:08  
Siyasət Din adamları islamofobiyaya qarşı öz səslərini yüksəltməlidirlər

Din adamlarının islamofobiyaya qarşı öz səslərini yüksəltməsi olduqca

arrow Ətraflı
Meyit kimi yandırılan kişi 9 il sonra DİRİ TAPILDI like
  • 15 Mar 10:05  
Dünya Meyit kimi yandırılan kişi 9 il sonra DİRİ TAPILDI

Çində 2014-cü ildə avtomobil qəzasında öldüyü və yandırıldığı gü

arrow Ətraflı
İslamofobiyanın siyasiləşdirilməsi məsələsinə toxunmalıyıq like
  • 15 Mar 10:02  
Siyasət İslamofobiyanın siyasiləşdirilməsi məsələsinə toxunmalıyıq

İslamofobiyanın siyasiləşdirilməsi məsələsinə toxunmalıyıq.

arrow Ətraflı
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş hesab edir like
  • 15 Mar 10:00  
Siyasət Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş hesab edir

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından

arrow Ətraflı
Fransada islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik like
  • 15 Mar 09:58  
Siyasət Fransada islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik

Cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır.

arrow Ətraflı
İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq like
  • 15 Mar 09:56  
Siyasət İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq

İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq. Biz birlikdə İslam

arrow Ətraflı
Bakıda avtobusda dava görün nə üstündə düşüb like
  • 15 Mar 09:54  
Digərləri Bakıda avtobusda dava görün nə üstündə düşüb

Bakıda avtobusların birində iki sərnişin arasında mübahisə dava ilə nə

arrow Ətraflı