Özbaşına fərdi ev tikən fiziki şəxslər
Digərləri 15 Mar 2023 11:44:00 301 0
Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.
Bu xəbəri də oxu: Zibil daşıyan robot itlər iş başında VİDEO
Son.az bildirir ki, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmimin manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 395.1-2-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq.
Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutul
VTB (Azərbaycan) uşaq və qocalar evlərinin sakinləri üçün "Nəsill�
Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita
Müsəlmanlara qarşı şifahi və fiziki təhdidlər ifadə olunur.
Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi üzrə apa
Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın Vaşinqton səfəri çərçivə
Din adamlarının islamofobiyaya qarşı öz səslərini yüksəltməsi olduqca
Çində 2014-cü ildə avtomobil qəzasında öldüyü və yandırıldığı gü
İslamofobiyanın siyasiləşdirilməsi məsələsinə toxunmalıyıq.
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından
Cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır.
İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq. Biz birlikdə İslam
Bakıda avtobusların birində iki sərnişin arasında mübahisə dava ilə nə
Aktrisa Lindsi Lohan ilk dəfə ana olacağını açıqlayıb.